SON XƏBƏR

Britaniyanın mədən şirkəti "Xarxar"dakı mis ehtiyatının həcmini açıqlayıb

Fevral 20
12:56 2024
Böyük Britaniyanın Azərbaycanda qızıl, gümüş və mis hasil edən şirkəti "Anglo Asian Mining”(AAM) "Xarxar” yatağında əhəmiyyətli dərəcədə mis minerallaşması olduğunu təsdiqləyib.

"APA-Economics" xəbər verir ki, mədən şirkəti Birgə Filiz Ehtiyatları Komitəsinin (JORC) standartına uyğun olaraq "Xarxar” yatağında orta faiz dərəcəsi 0,48% olan 24,9 milyon ton mis minerallaşma zonasının olduğunu açıqlayıb. "Anglo Asian Mining" 22 milyon ton minerallaşma zonası üzrə ümumilikdə 106 min ton mis ehtiyatının olduğunu bildirib. AAM yataq üzrə ümumi mineral ehtiyatının isə 119 min ton olduğunu qeyd edib.

Mədən şirkəti əlavə edib ki, ilk mineral ehtiyatların qiymətləndirilməsi üçün ümumi uzunluğu 21 707 metr olan 66 qazma quyusundan istifadə edilib. Yeraltı qazma nümunələrinin əldə olunması üçün 407 metr kəşfiyyat quyusu qazılıb.

Qeyd edək ki, hazırda şirkətin Azərbaycanda ümumi sahəsi 2 min 544 kvadrat kilometr olan 8 müqavilə sahəsi var. "Anglo Asian Mining” hazırda Gədəbəy və Qoşa müqavilə sahələrindən qiymətli metalların hasilatı ilə məşğuldur.

Xatırladaq ki, "Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51%, "Anglo-Asian Mining Plc.” şirkətinin payı 49% təşkil edir.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook