Britaniyanın mühafizəkar deputatı təcavüzdə şübhəli bilinərək həbs edildi
Oktyabr 27
12:16
2023
İngiltərənin Surrey qraflığının polisi cümə axşamı günü İcmalar Palatasının üzvünün zorlama və narkotik saxlamaqda şübhəli bilinərək həbs edildiyini elan edib - onun Mühafizəkarlar Partiyasının nümayəndəsi Krispin Blant olduğu üzə çıxıb.
Bu barədə Qaynarinfo The Guardian-a istinadən xəbər verir.
Surrey polisi çərşənbə günü səhər saatlarında 60 yaşlarında bir kişini "zorlama və qadağan olunmunş maddələr saxlamaqda şübhəli bilinərək" həbs etdiklərini bildirib. O, zaminə buraxılıb, araşdırmalar davam edir.
Krispin Blant daha sonra Surrey polisinin onu həbs və son bir neçə həftə ərzində sözügedən iddialarla əlaqədar iki dəfə sorğu-sual etdiyini təsdiqləyən bəyanat yayıb.
"Həbs lazım deyildi, çünki mən istintaqla tam əməkdaşlığa hazıram və əminəm ki, bu iş ittiham irəli sürülmədən başa çatacaq”, - deyə mühafizəkar deputat əlavə edib.
63 yaşlı Blant keçmiş kiçik ədliyyə naziri və İcmalar Palatasının Xarici Əlaqələr Komitəsinin keçmiş rəhbəridir. Son parlament çağırışında o, partiya nizam-intizamına cavabdeh olan mühafizəkarlardan biri olub.