“Broker Əbülfəz”in oğlunun PAPA JOHN’S-u (FOTOFAKT)
Oktyabr 03
07:07
2019
Uzun müddət ölkənin Gömrük sistemini tam nəzarətində saxlayan, bu qara işdən həm özünə, həm də havadarlarına milyonlar qazandıran "Trans Broker” MMC-nin keçmiş rəhbəri, hazırda Abşeron və Ələt Beynəlxalq Dəniz Limanının "Loqistika Mərkəzi”ni nəzarətində saxlayan Əbülfəz Məlikova məxsus Bakıda restoranlar şəbəkəsi aşkarlanıb.
Qlobal.az xəbər verir ki, jurnalist Cavanşir Həsənli Əbülfəz Məlikovun restoran biznesinə aid sənədləri sosial şəbəkədə paylaşıb:
"Broker Əbülfəz” kimi tanınan Əbülfəz Məlikovun oğlu Murad Məlikov Azərbaycandakı ən iri restoranlar şəbəkəsindən birinə sahiblik edir. Söhbət Amerikanın ən böyük və dünyanın üçüncü məşhur pizza brendlərindən olan PAPA JOHN’S PİZZA-nın Azərbaycandakı şəbəkəsindən gedir. Əbülfəz Məlikovun oğlu PAPA JOHN’S adı altında fəaliyyət lisenziyasını 2012-ci ildə əldə edib və indiyədək Bakı şəhərində bu brend altında 8 restoran açıb. Gömrük brokerinin oğlunun şəriki Kamran Əliyev adlı şəxsdir. Restoranlar Murad Məlikov və Kamran Əliyevin təsisçiləri olduğu PJA Limited Azerbaijan şirkəti üzərindən idarə olunur.
Sahil – Nizami küç. 106 A
Gənclik – Atatürk pr. 29
Əcəmi – Cavadxan küç. 15c
Park Bulvar – Neftçilər pr. 92
Əhmədli – Məhəmməd Hadi küç 106
Şüvəlan – Almaz Ildırımlı küçəsi 68
28 Mall – Azadliq prospekti 15A/4″
Qlobal.az