“Broker Əbülfəz”in xalası oğlu axtarışa verilib? – Həbslər davam edəcək
Avqust 11
14:36
2022
2022-ci ilin avqustun 7-də Səbail Rayon Məhkəməsinin qərarı ilə 2 ay müddətinə azadlıqdan məhrum edilən "Broker” MMC-nin rəhbəri Əbülfəz Məlikovla əlbir olan şəxslərin də həbs ediləcəyi gözlənilir.
A.Allahverdiyevin bu xidmətlərinə görə əldə etdiyi milyonlarla manat dəyərindəki pul vəsaitini vergidən yayındırdığı, ABŞ, Kanada və bir sıra Avropa ölkələrində daşınmaz əmlak alışına yönəltdiyi güman edilir.
Xatırladaq ki, "Broker” MMC-nin rəhbəri Ə.Məlikov "gömrükçülərin işi” üzrə aparılan istintaq işi zamanı saxlanılıb.
Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən aparılan istintaq araşdırmaları zamanı Gömrük Komitəsinin 4 yüksək vəzifəli şəxsi saxlanılıb. Onlar dövlət əmlakını mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və rüşvətalma maddələri ilə cinayət məsuliyyətinə cəlb ediliblər. Ə.Məlikov gömrük rəsmiləşdirilməsi sahəsində "brokerlik fəaliyyəti” ilə tanınır. Ona qarşı xüsusilə böyük məbləğdə vergi və gömrük ödənişlərindən yayınma, həmçinin vəzifə saxtakarlığı ittihamları irəli sürülüb.
Qlobal.az