BTC kəməri ilə neft ixracı 2% artıb
Oktyabr 07
10:00
2016
Bu ilin sentyabr ayı ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2 055 791 ton Azərbaycan nefti nəql olunub. "Report” xəbər verir ki, bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 284 718 ton yaxud 15,76% azdır.
Cari ilin yanvar- sentyabr aylarında bu kəmərlə 22 043 322 ton neft ötürülüb ki, bu da 2015-ci ilin 9 ayına nisbətən 445 151 ton yaxud 2,06% çoxdur.
Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2016-cı il oktyabr ayının 1-dək BTC-yə 314 915 856 ton neft vurulub.Bundan başqa, 2016-cı ilin sentyabr ayında BTC kəməri ilə 374 160 ton Türkmənistan nefti nəql olunub və ötən ilin sentyabrı ilə müqayisədə tranzit 14 258 ton yaxud 3,96% artıb.
Qlobal.az