Bu adam tək başına Azərbaycan büdcə gəlirlərinin 8 faizini mənimsəyib (ŞƏRH)
Fevral 04
11:33
2021
İqtisadçı Qadir İbrahimli həbs olunan "Baku Steel Company” MMC-nin rəhbəri Rasim Məmmədovun ölkə iqtisadiyyatına vurduğu ziyanı şərh edib.
"Fərhad Əliyevin həbsindən sonra Azərbaycan metal istehsalı sahəsinə 300 milyon dollar investisiya qoymuş Hollandiyanın "Fondel" şirkəti ölkədən qovuldu (onda Azərbaycanın dövlət büdcəsi 1 milyard dollardan bir az çox idi)...
Metal biznesi sahəsinə 300 milyon dollar investisiya qoymuş Zülfüqarlı qardaşlarının zavodları qanunsuz olaraq bağladıldı və qardaşlar ölkədən qovuldu. Baxmayaraq ki, zavodlarda 500-dən çox işçi çalışırdı...
Metal biznesi "Baku Steel Company” MMC-nin rəhbəri Rasim Məmmədovun qeyri-rəsmi monopoliyasına keçdi və 20-dən çox metal istehsalçısı "Yukos" tipli hücumlarla çökdürüldü (Putinin hakimiyyətinin ilk illərində YUKOS şirkətinin rəhbəri Mixail Xodorkovskini həbs edib əmlakını əlindən aldılar, bu fakt postsovet məkanında arzuolunmaz presidentə səbəb oldu və o vaxtdan Qərb mətbuatında belə əmlak talanlarına "YUKOS tipli hücumlar” tərifi verildi). Çökdürülən zavodlarda 5000 minə yaxın işçi çalışırdı...
İndi çökdürülən müəssisələrdən birinin sahibi Nazim Bəydəmirli deyir ki, monopolist, yaxınlarda həbs edilən Rasim Məmmədov ən azı 2 milyard manat mənimsəyib. Məncə, ən minimal hesablamadır və bu monopolistin ölkə iqtisadiyyatına ziyan bundan qat-qat çoxdur. Əlbəttə, 2 milyard da balaca məbləğ deyil - büdcə gəlirlərinin 8 faizi həcmindədir. Təsəvvür edin ki, büdcə gəlirlərinin 8 faizini təkcə 1 monopolist mənimsəyib...
Hökumət biznes mühitinin sağlamlaşdırılmasında maraqlıdırsa, ilk növbədə həmin müəssisələrin əmlakı sahibkarların özünə qaytarılmalı, onlara fəaliyyətinə şərait yaratmalı və onlara dəyən ziyan ödənilməlidir. Bu, baş verməyəcəksə, biznes mühitinin yaxşılaşdırılması ilə bağlı bütün bəyanatlar sabun köpüyündən başqa bir şey olmayacaq. Və təbii ki, heç bir normal investor iqtisadiyyata sərmayə qoymayacaq. Bu, həm də işğaldan azad olunmuş ərazilərdə bərpa işlərinə investor cəlb etmək baxımından önəmlidir!”.
Qaynarinfo xəbər verir ki, iqtisadçı metallurgiya sahəsinin çökdürülməsində "Baku Steel Company”nun əsl sahibinin maraqlı olmasına diqqət çəkib: