Bu binanın sakinlərinə 10 ildir niyə "kupça" verilmir? - Komitədən narazılıq
Oktyabr 27
11:36
2018
Bakı şəhəri, Yasamal rayonu, Şəfəyət Mehtiyev küçəsi 1054 ünvanında "Tamam” şirkətinin inşa etdiyi 18 mərtəbəli yaşayış binasının sakinləri mənzillərinin Dövlət reyestrinə salınmadığını iddia edirlər.
Qlobal.az xəbər verir ki. bu barədə "Report"a həmin binada yaşayan sakinlər bildiriblər.
Onların sözlərinə görə, 320 mənzilli yaşayış binasının təxminən 90 faizində yaşayış var: "Biz 10 ilə yaxındır ki, burada yaşayırıq. Lakin mənzillərimiz Dövlət reyestrinə salınmayıb. Evlərimizin "kupça"ları yoxdur. Buna görə də prezident seçkisində, referendumda iştirak edə bilmədik. Çünki qeydiyyata alınmamışıq. Yaşayış binasında müxtəlif təbəqədən insanlar yaşayır".
Sakinlər qeyd ediblər ki, bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə, digər qurumlara müraciət edilib: "Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib ki, həmin ünvanda olan yaşayış binasında olan problemin həlli yalnız yaşayış kompleksinin sifarişçisinin vəzifə və öhdəliklərinə aiddir və bu prosedur Şəhərsalma və Tikinti Məcəlləsinin tələbləri nəzərə alınmaqla yerinə yetirilməlidir. Həmçinin Bakı Şəhər İcra Hakimiyyəti qeyd edib ki, problemləri şirkət rəhbərliyi həll etməlidir. Bundan başqa, bələdiyyədən də gəlirlər ki, bələdiyyə pulunu verin. Axı, bizim problemlərimiz həll olunmayıb, lakin onlar bizdən pul istəyirlər. Sakinlər hazırda başqa-başqa ünvanlarda qeydiyyatdadır".
Sakinlər vurğulayıblar ki, problemləri ilə bağlı "Tamam” şirkətinə də müraciət ediblər: "Lakin bizim mövcud problemimiz hələ də həll olunmayıb. Onlarla sonuncu görüşümüzdə "gedin nə ürəyiniz istəyir edin" söylədilər. Daha bezmişik. Düzdür, bina normal şəkildə tikilib, kommunal xərcləri də ödəyirik. Əsas problemimiz Dövlət reyestrində qeydiyyata salınmaqdır".