SON XƏBƏR

“Bu dəfə Putinlə danışmağa ehtiyac duymadım” - Paşinyan

Sentyabr 12
09:58 2023
Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan-Ermənistan sərhədindəki vəziyyət barədə bir sıra dövlətlərin başçısına telefon vasitəsilə məlumat verib, amma Rusiya prezidentilə danışmayıb.

"AzPolitika”.info" Ermənistan mətbuatına istinadla xəbər verir ki, bu mövzuda jurnalistlərin verdiyi suala Nikol Paşinyan yenə incik uşaq kimi cavab verib.

"Bundan əvvəl dəfələrlə Rusiya prezidentinə zəng etmişəm və yaranmış situasiya ilə bağlı məlumat vermişəm. Rusiya prezidenti isə mövcud vəziyyət barədə dəqiq məlumatlıdır”- deyə Paşinyan bildirib.

Onun sözlərinə görə, Rusiya prezidenti ilə son telefon danışığından bəri, situasiya dəyişməyib: "Ona görə də, yeni danışığa ehtiyac görmədim. Ehtiyac yaranarsa, onunla yenidən əlaqə saxlayacağam”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook