Bu gün Azərbaycan millisi Fransa ilə qarşılaşacaq
Sentyabr 07
08:47
2020
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.
"Report"un məlumatına görə, Milan Obradoviçin baş məşqçi olduğu kollektiv Fransa seçməsini qəbul edəcək.
Sumqayıtdakı "Kapital Bank Arena"da oynanılacaq matç saat 21:00-da başlayacaq.
Türkiyəli hakim Halis Özkahyanın idarə edəcəyi görüş yığmanın 2020-ci ildə ilk sınağı olacaq.
Qeyd edək ki, II qrupda yer alan Azərbaycan millisi 6 oyundan sonra 6 xalla 3-cü pillədə yer alır. 5 görüşdən 12 xal toplayan Fransa isə 2-ci sırada qərarlaşıb. Qrupa 15 xalı olan İsveçrə seçməsi başçılıq edir.
7 sentyabr
Avropa çempionatının seçmə mərhələsi
II qrup
21:00. Azərbaycan - Fransa
Hakimlər: Halis Özkahya, Kerem Ersoy, Serkan Olguncan, Alper Ulusoy (hamısı Türkiyə)
Sumqayıt. "Kapital Bank Arena”
Qeyd edək ki, bu qrupun digər oyunlarında Gürcüstan Lixtenşteynlə, İsveçrə isə Slovakiya ilə qarşılaşacaq. Hər iki görüş sentyabrın 8-də olacaq.