Bu gün devalvasiyanın yubileyidir: Reanimasiyada olan banklar var...
Fevral 21
11:40
2020
Bank sektorunda reanimasiyada olan banklar mövcuddur.
Qaynarinfo xəbər verir ki, iqtisadçı-ekspert Samir Əliyev deyib. O, qeyd deyib ki, bank sektorunda problemlər hələ qalmaqdadır:
"Bu gün devalvasiyanın yubileyidir. 5 il öncə insanlarımız səhəri xoş olmayan xəbərlə açdı. Milli valyutamız digər valyutalara nəzərən dəyərini 26%-ə qədər itirdi. Proses bununla bitmədi. 10 aydan sonra oxşar hadisə baş verdi. Devalvasiya banklarımızın 3/1-ni sıradan çıxardı, maliyyə sistemini sirkələdi. Qiymətlər 2 dəfədən çox artdı, iş yerləri bağlandı. Əhali bankların təzyiqi ilə üz-üzə qaldı. Sonradan əlahəzrət neft bahalaşdı, bizi və ümumilikdə ölkə iqtisadiyyatını müvəqqəti də olsa xilas etdi.
Bu gün problemlər hələ də qalmaqdadır. Bank sektorunda reanimasiyada olan banklar mövcuddur. Əhalinin kredit borcu həllini tapsa da, əsas borc yükü olan sahibkarlar hələ də "devalvasiya faizi" ödəyirlər. Bütün cəhdlərə rəğmən, qeyri-neft sektoru zəif inkişaf edir, neftdən asılılıq qalmaqdadır. 2 dəfə (2008-2009 və 2015) neftin ucuzlaşması hesabına çətinliklə üzləşmişik. Allah 3-dən qorusun…”