Bu gün “Qarabağ”ın Çempionlar Liqasında üçüncü potensial rəqibi müəyyənləşəcək
İyul 23
10:46
2018
Bu gün futbol üzrə Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkü atılacaq.
UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunacaq tədbir Bakı vaxtı ilə saat 14:00-da start götürəcək. Püşk nəticəsində Azərbaycanı təmsil edən "Qarabağ"ın Albaniyanın "Kukesi" komandası ilə duelində qalib olacağı təqdirdə, rəqib olacaq klub və ya cütlük qalibinin adına aydınlıq gələcək.
"Qarabağ" - "Kukesi" cütlüyü səpələnmişlər səbətində yer alacaq ki, bu da onlara daha aşağı reytinqli səpələnməmişlər səbətindəki 11 klubdan biri ilə qarşılaşmaq imkanı verəcək.
Çempionlar Liqası
III təsnifat mərhələsi
Səpələnmişlər
"Zaltsburq” (Avstriya)
"Lüdoqorets” (Razqrad, Bolqarıstan) – "Videoton” (Macarıstan) cütünün qalibi
"Seltik” (Şotlandiya) - "Rusenborq” (Norveç) cütünün qalibi
"Legiya” (Varşava, Polşa) – "Spartak” (Trnava, Slovakiya) cütünün qalibi
"Astana” (Qazaxıstan) – "Mityulland” (Danimarka) cütünün qalibi
"Kukesi” (Albaniya) - "Qarabağ” (Azərbaycan) cütünün qalibi
Səpələnməmişlər
BATE (Borisov, Belarus) – HİK (Helsinki, Finlandiya) cütünün qalibi
"Dinamo” (Zaqreb, Xorvatiya) – "Hapoel” (Beer-Şeva, İsrail) cütünün qalibi
"Şkendiya” (Makedoniya) - "Şerif” (Moldova) cütünün qalibi
ÇFR (Rumıniya) - "Malmö” (İsveç) cütünün qalibi
"Srvena Zvezda” (Serbiya) – "Suduva” (Litva) cütünün qalibi
AEK (Afina, Yunanıstan)
Püşk nəticəsində adı birinci göstərilən klub (cütlük) ilk oyunu evdə keçirəcək. Çempionlar Liqasının III təsnifat mərhələsində uduzan komandalar mübarizəni Avropa Liqasının "pley-off" mərhələsində davam etdirəcəklər. (Report)