Bu il Azərbaycanda 9,4 milyon ton neft və 7 milyard kubmetrədək qaz hasil edilib
Aprel 18
16:56
2017
Bu ilin yanvar-mart aylarında Azərbaycanda 9 milyon 464,5 min ton xam neft (qaz kondensatı daxil olmaqla) və 6 milyard 954,9 milyon kubmetr təbii qaz hasil olunub. Həmin qazın 4 milyard 789,4 milyon kubmetrini əmtəəlik təbii qaz təşkil edib.
Dövlət Statistika Komitəsindən bildirilib ki, bu il ölkədə neft hasilatı 9,9 faiz azalıb, qaz hasilatı isə 0,9 faiz artıb. İlin birinci rübündə Azərbaycanın mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 7,2 milyard manat olmaqla 2016-cı ilin müvafiq dövrünə nisbətdə 7,9 faiz azalıb.