Bu il Azərbaycanda daha 5 "ASAN xidmət" mərkəzi açılacaq
Yanvar 04
15:30
2019
Bu il Azərbaycanda daha 5 "ASAN xidmət" mərkəzi əhalinin istifadəsinə veriləcək.
Virtualaz.org bildirir ki, bu barədə jurnalistlərə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN xidmət”) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev məlumat verib.
O bildirib ki, bu il ərzində Tovuz, Ağcabədi, Kürdəmir, Şamaxı və Balakən rayonlarında "ASAN xidmət" mərkəzləri istifadəyə veriləcək. Bununla da "ASAN xidmət" mərkəzlərinin sayı 20-ə çatmış olacaq.
Şöbə müdiri həmçinin qeyd edib ki, "ASAN xidmət" mərkəzləri olmayan bölgələrdə səyyar "ASAN xidmət"i də fəaliyyət göstərir.
Qeyd edək ki, "ASAN xidmət” mərkəzləri Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli 685 nömrəli fərmanına əsasən yaradılıb.