Bu il İranda azı 251 nəfər edam olunub
İyul 27
15:20
2022
"Bu il yanvarın 11-dən iyulun 9-dək İranda 251 nəfər edam olunub”.
"Report” "İran İnternational”a istinadən xəbər verir ki, məlumatı "Amnesty International” və Abdullah Rəhman Brumand Fondu yayıb.
Məlumata görə, bu il edam olunanlardan 86-sı narkotik maddələrin satışı və yayılması ilə bağlıdır. Beynəlxalq qanunlara əsasən, bu cinayəti törədənlər edam olunmurlar.
Bildirilib ki, 2021-ci illə müqayisədə dünyada edamların sayı artıb. Bunun səbəblərindən biri İranda ölüm hökmlərinin icrası göstərilib.