SON XƏBƏR

Bu il medal qazanan Naxçıvan idmançılarının sayı açıqlanıb

Dekabr 11
01:35 2018
2018-ci ildə Naxçıvan Muxtar Respublikasının idmançıları Dünya çempionatlarında 2, Avropa çempionatlarında 3, Yeniyetmələrin III Yay Olimpiadasında 1, Beynəlxalq turnirlərdə 84, Azərbaycan birinciliklərində 99 medal qazanıblar.

"Report” xəbər verir ki, bu barədə muxtar respublikanın Ali Məclisində "Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr haqqında” müşavirədə Naxçıvanın gənclər və idman naziri Azad Cabbarov bildirib.

Cari ildə muxtar respublikanın Kikboksinq Federasiyasının yaradıldığını diqqətə çatdıran nazir qeyd edib ki, bu il muxtar respublikada bir sıra beynəlxalq turnirlər, Azərbaycan çempionatları keçirilib, eləcə də yerli idmançıların Azərbaycanda və dünyanın müxtəlif ölkələrində keçirilən yarışlarda iştirakı təmin edilib.

Müşavirədə çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov bildirib ki, hazırda muxtar respublikada idmanla 27 mindən çox uşaq və gənc məşğul olur. Onların 21 min 397-si oğlan, 6002-si isə qızdır. Sağlamlıq imkanları məhdud olan uşaq və gənclərdən də 361-i idmanla məşğul olur.





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook