SON XƏBƏR

Bu il Rusiyanın Xəzəryanı ölkələrlə ticarət dövriyyəsi 38 mlrd dollara çatacaq

Oktyabr 31
07:12 2024
Rusiya ilə dörd Xəzəryanı ölkə - Azərbaycan, Qazaxıstan, Türkmənistan və İran arasındakı ticarət dövriyyəsi 2024-cü ilin sonunda 38 milyard ABŞ dolları təşkil edə bilər ki, bu da 2023-cü illə müqayisədə yüksəkdir.

"Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Ticarət və Sənaye Palatasının vitse-prezidenti Vladimir Padalko Həştərxanda keçirilən "İşgüzar Xəzər – səmərəli tərəfdaşlıq təcrübəsi və perspektivləri” adlı forumda jurnalistlərə açıqlamasında bildirib.

"Dinamika artır, müsbətdir. 2022-ci ildən sonra durumu düzəltmişik. Ona görə də sırf Palatasının hesablamalarına görə, bu ilin sonunda bu rəqəm 37 milyard dollardan çox, 38 milyard dollar olacaq. Keçən illə müqayisə aparsaq, durğunluq olmaya bilməzdi, amma bu, fəlakətli səviyyədə deyil, sizi əmin edirəm”, - Padalko deyib.

Onun sözlərinə görə, hazırda Xəzəryanı ölkələrlə qarşılıqlı hesablaşmalar milli valyutalarda aparılır və bu, xarici ticarət dövriyyəsini artırmağa imkan verəcək.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook