SON XƏBƏR

Bu ilin 6 ayı ərzində ölkəmizdə 500-dən artıq müəssisə yaradılıb

İyul 28
12:36 2016
Bu ilin yanvar–iyun ayları ərzində Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə 3 milyard 190,1 milyon manat vəsait toplanıb. Vergilərin 929 milyon manatı və ya 29,1 faizi dövlət sektorunun, 2 milyard 261,1 milyon manatı və ya 70,9 faizi isə qeyri-dövlət sektorunun payına düşüb.
 
2016-cı ilin ilk yarısında ölkəmizdə 500-dən artıq yeni müəssisə yaradılıb. Həmin müəssisələrin böyük qismi bölgələrin payına düşür. Bunlar əsasən qeyri-neft sektorunu əhatə edən 200-ə yaxın orta və iri müəssisədir.
 
Yeni müəssisələrin fəaliyyətə başlaması vergi daxilolmalarında əlavə mənbələrin cəlb edilməsinə mühüm təsir göstərir. Həyata keçirilən tədbirlər sayəsində qeyri-neft sektorunda istehsalın 9,7 faiz artmasına nail olunub.

Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook