SON XƏBƏR

Bu institutlara yeni direktorlar təyin edildi (SİYAHI)

Fevral 26
14:46 2024
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) institutlarında vəzifə dəyişiklikləri aparılıb.

Bu barədə İqtisadiyyat.az akademiyadan məlumat əldə edib.

Bununla bağlı müvafiq qərarlar qəbul olunub.

Qərara əsasən, tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev Arxeologiya və Antropologiya İnstitutunun direktoru vəzifəsinə təsdiqlənib. O, 2023-cü ildən direktor vəzifəsini müvəqqəti olaraq icra edirdi.

Bundan əlavə, filologiya üzrə fəlsəfə doktoru Mehman Həsənli Ədəbiyyat İnstitutuna, filologiya üzrə fəlsəfə doktoru Baba Məhərrəmli Dilçilik İnstitutuna, filologiya üzrə fəlsəfə doktoru Afaq Ramazanova Folklor İnstitutuna, tarix elmləri doktoru Eynulla Mədətli Fəlsəfə və Sosiologiya İnstitutuna, filologiya üzrə fəlsəfə doktoru Ruhəngiz Cümşüdlü Şərqşünaslıq İnstitutuna, siyasi elmlər doktoru Ramilə Dadaşova Qafqazşünaslıq İnstitutuna, texnika üzrə fəlsəfə doktoru Rauf Muradov isə Respublika Seysmoloji Xidmət Mərkəzinə elmi işlər üzrə direktor müavinləri vəzifəsinə təsdiq ediliblər.

Onlar indiyədək təmsil olunduqları institutlarda icraçı direktor vəzifəsində çalışıblar.

Qeyd edək ki, bir neçə gün öncə AMEA-nın institutlarında baş direktor və icraçı direktor vəzifələri ləğv edilib. Akademiyanın institutlarında baş direktor vəzifəsi direktor, icraçı direktor vəzifəsi isə elmi işlər üzrə müavin vəzifəsi kimi təsdiqlənib.

Xatırladaq ki, əvvəllər də AMEA-nın institutlarında direktor və müavin vəzifələri mövcud olub. Baş direktor və icraçı direktor vəzifələri Ramiz Mehdiyevin AMEA-ya rəhbərlik etdiyi dövrdə təsis edilmişdi.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook