Bu məhsullar gömrük rüsumundan azad edilir
Dekabr 05
11:58
2023
Azərbaycana müdafiə təyinatlı məmulatların istehsalı üçün gətirilən avadanlıqlar, humanitar yardım kimi gətirilən mallar, ixrac məqsədli neft-qaz fəaliyyəti ilə əlaqədar avadanlıqlar gömrük rüsumundan azad ediləcək.
Bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən "Gömrük tarifi haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.
Həmçinin, dəyişikliyə əsasən, ölkəyə idxal edilən qızıl əşyalarının gömrük rüsumundan azad edilməsi halları müəyyən edilir.
Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq III oxunuşda qəbul edilib.