SON XƏBƏR

"Bu müraciətlərə nə Səhiyyə Nazirliyi, nə də TƏBİB-lə çıxış yolu tapmırıq" - Deputat

İyun 09
14:55 2023
"Sonsuz ailələrin sayı çoxalır. Mütləq "Reproduktiv sağlamlıq haqqında” qanunun qəbul olunmasına ehtiyac var. İnanıram ki, yay dövründə də bu qanun üzərində işlər gedəcək və payız sessiyasında qəbul olunacaq"

Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva deyib.

Deputat bildirib ki, gələn müracitlərə nə səhiyyə Nazirliyi, nə də TƏBİB-lə çıxış yolu tapılmır:

"Sonsuz ailələrin sayı çoxalır. Buna görə boşanmalar da artır. Türkiyədə bu məsələ bir neçə dəfə sığorta ilə həll olunur. Ancaq bizdə bir dəfə belə icbari tibbi sığorta ilə öz həllini tapmır. Səhiyyə naziri müzakirədə də nazir bu haqda qanunun qəbulunun vacibliyini vurğulayıb".



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook