SON XƏBƏR

Bu rayonlarda "ASAN xidmət" mərkəzləri tikiləcək

Dekabr 14
09:55 2017
Azərbaycanın hansı rayonlarında "ASAN xidmət” mərkəzlərinin tikiləcəyi məlum olub.

Qlobal.Az xəbər verir ki, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, 2018-ci ilin əvvəlində Mingəçevirdə regional "ASAN həyat” kompleksinin istifadəyə verilməsi nəzərdə tutulur:
 
"2018-ci ildə Şəki, İmişli, Ağcabədi, Tovuz, Şamaxı, Kürdəmir və Cəlilabad rayonlarında regional "ASAN xidmət” mərkəzlərinin inşasına başlanılacaq".

Qurumdan bildirilib ki, hazırda 11 "ASAN xidmət” mərkəzi fəaliyyət göstərir: "Onlardan 5-i paytaxt Bakı şəhərində, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ və Masallıdadır. Dekabrın 7-də Quba "ASAN həyat" kompleksinin rəsmi açılış mərasimi keçirilib. Yaxın günlərdə Quba "ASAN xidmət” mərkəzi vətəndaşlara xidmət göstərməyə başlayacaq".



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook