SON XƏBƏR

"Bu şəxslə bağlı əlavə tədbirlər görüləcək” - DİN-dən açıqlama

Yanvar 29
11:23 2024
Bir neçə gündür Bakıda yeniyetmənin ictimai yerlərdə qeyri-adekvat hərəkətlər etməsini əks etdirən görüntülər yayılır. O, avtobusda, metroda yerə uzanaraq çəkdirdiyi videoları paylaşır.

Sonuncu videosunda yeniyetmə yaşlı qadını qucağına alaraq onu narahat edib. Həmin görüntülərdən sonra sosial şəbəkə istifadəçiləri, eləcə də sakinlər bunu paylaşan şəxsin məsuliyyətə cəlb edilməsini tələb ediblər.
 
Mövzu ilə bağlı DİN-in Mətbuat xidmətindən bildirilib ki, sosial şəbəkələrdə yetkinlik yaşına çatmayan şəxsin hərəkətləri ilə bağlı görüntülər araşdırılır.

Qurumun əməkdaşı Nurlan Əliyevin sözlərinə görə, əvvəllər də həmin şəxslə bağlı müvafiq tədbirlər görülüb: "Buna baxmayaraq o, hərəkətlərini davam etdirir. Həmin şəxslə bağlı əlavə tədbirlər görüləcək”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook