Bu şirkətlər dövlətdən 1,5 milyard alıb, 81 milyon ödəyiblər - Hesabat
İyun 12
15:37
2021
Hesablama Palatasının 2020-ci il dövlət büdcəsinin icrası ilə bağlı rəyində deyir ki, altı iri dövlət şirkəti dövlət büdcəsindən aldığı vəsaitdən qat-qat az vəsaiti geri ödəyir. Bunlar "Azərsu” ASC, "AZAL”, "Dövlət Dəmir Yolları” QSC, "Azərenerji” ASC, "Azəriqaz” QSC və Xəzər Dəniz Gəmiçiliyidir.
Hesablama Palatasının rəyinə görə, 2020-ci ildə onlardan 5 iri dövlət şirkəti dövlət büdcəsinə ödədiklərindən 19 dəfə çox dövlət büdcəsindən dəstək alıblar: təxminən 81 mln. manat vergi ödəmələrinə qarşı 1.5 mlrd. manatdan bir qədər çox büdcə dəstəyi əldə ediblər.
Məsələn, "Azərsu” keçən il büdcədən təqribən 401 milyon manat alsa da, büdcəyə bundan təqribən 40 dəfə az, təqribən 10 milyon manat vergi daxilolması qaytarıb. Və ya Dövlət Dəmiryolları büdcəyə aldığından təqribən 70 dəfə az ödəmə edib.
İqtisadi təhlilçi Toğrul Vəliyev bildirib ki, bu, bəzi şirkətlər üçün qəbulolunandır, çünki onların böyük investisiya xərcləri var: "Məsələn, dövlət dəmiryolları bu tikintiləri özü maliyyələşdirə bilməzdi”.
Bununla belə, Toğrul Vəliyev əlavə edir ki, bu siyahıdakı bəzi şirkətlər əslində daha çox ödəniş edə bilərdilər və onlara yüksək məbləğdə vəsait ayrılsa da, göstəridikləri xidmətin keyfiyyəti sual altındadır: "Birinci problem şəffaflıq problemidir. Vəsaitin böyük istiqaməti bəlli olmayan xərclərə yönəlir”.
Keçən ilin avqustunda prezidentin sərəncamı ilə İnvestisiya Holdinqi yaradılıb və bu iri dövlət şirkətlərinin bir çoxu həmin holdinqin idarə etməsinə verilib. Toğrul Vəliyev deyir ki, hökumət bu şirkətləri sağlamlaşdıracağını desə də, hələ ki, ciddi real dəyişiklik müşahidə olunmur.
Milli Məclisin İqtisadiyyat Komitəsinin üzvü Rüfət Quliyev isə deyir ki, büdcədən ona görə bu qurumlara çox vəsait ayrılıb ki, hökumət bəzi xidmətlərdə əhaliyə güzəşt edib, ucuz satıb, bu fərqi də büdcə hesabına qapayıb.

Deputat deyib ki, 2020-ci ili tək götürmək doğru olmazdı, çünki keçən il pandemiya səbəbindən bütün dünya, o cümlədən də Azərbaycan üçün çətin olub: "İndi həmin qurumlara tapşırıq verilib – "sizə kifayət qədər investisiya yenə veriləcək, amma bir şərtlə- siz gərək maya dəyərini düzgün hesablayıb və satış qiymətini də düzgün müəyyənləşdirməlisiz”. Durum deyim ki, bunlar hamısı qeyri-effektiv işləyib, yaxud orda mənimsəmə olub, bu o qədər də düz olmazdı. Problemlər olub, var və indi o problemlər çözülür, yəni islahatlar aparılır və biz bunu tənzimləyirik”.
Qlobal.az