SON XƏBƏR

"Bu, tərbiyəsizlik, həyasızlıqdır..." –Sabir Rüstəmxanlı

Fevral 04
12:10 2016
Bu səpkidə olan xəbərləri jurnalistlərin şəxsi həyata müdaxiləsi və həyasızlığı hesab edirəm.
 
Bu sözləri xalq şairi Sabir Rüstəmxanlı qızı Aydanın toy mərasiminin keçiriləcəyi tarix və məkanla bağlı yayılan xəbərlər haqda danışarkən deyib. O, xəbərin tamamilə əsassız olduğunu bildirib:
 
"Əvvəla, bu xəbər tamamilə yanlışdır – nə toyun vaxtı, nə də aparıcı ilə bağlı yayılan informasiyanın əsası var. Həmçinin, bu tip xəbərləri yayan jurnalistləri şiddətlə qınayıram. Onlar hansı haqla gənc bir ailənin həyatına bu qədər müdaxilə edirlər? Onlara kim bu haqqı verib? Bu, yalnız həyasızlıq deyil, həm də tərbiyəsizlikdir. Gənc bir ailənin nişan-toy mərasimini bu qədər gündəmdə saxlamaq, vaxtaşırı yalan-doğru xəbər yaymaq hansı əxlaqa sığır? Bu xəbərləri kim və hansı məqsədlə yayır?”
 
Xatırladaq ki, Sabir Rüstəmxanlının qızı Aydan müğənni Elçin Cəfərovla toy mərasiinin yeri və vaxtı barədə yalan məlumat yayılıb.
 
( Axar.az)



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook