Bu vergilərin bələdiyyələrə verilməsi təklif olunur
Noyabr 21
14:01
2023
"Bədədiyyələr üçün 12,5 milyon manat dotasiya nəzərdə tutulub. Amma bu dotasiya heç də bələdiyyələrin maliyyə təminatı ilə bağlı məsələlərin tam həlli demək deyil".
Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Azay Quliyev deyib. Deputat bildirib ki, bu prosesə fərqli rakursda yanaşmaq lazımdır:
"Yaxşı olar ki, bələdiyyələrin bütün dünyada mövcud olan vergi yığma praktikasına və maliyyə mənbələrinin müxtəlif vergilərdən toplanması praktikasına yenidən qayıdaq. Təklif edərdim ki, fiziki şəxslərə məxsus avtomobil vergisi, bələdiyyələrin mülkiyyətində olan torpaqlarda, binalarda və digər obyektlərdə küçə reklamından əldə olunan gəlirlər və yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi bələdiyyələrə verilsin. Belə maliyyə mənbəyi formalaşarsa, bələdiyyələrin də fəaliyyəti doğru istiqamətdə qurula bilər".

Mənbə: Qaynarinfo.az