SON XƏBƏR

Büdcə kəsiri 3 milyard 100 milyon manat olacaq

Dekabr 28
19:13 2020
Parlament gələn il üçün büdcə zərfini II oxunuşda təsdiqlədi

Milli Məclis büdcə zərfinə daxil olan məsələləri müzakirəyə çıxararaq II oxunuşda qəbul edib.

"Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə əsasən dövlət büdcəsinin gəlirləri 25 milyard 427 milyon manat nəzərdə tutulub.

Bu da ÜDM-in 33,6 %-i həcmində olmaqla, 2020-ci ilin proqnozu ilə müqayisədə 1 303,0 milyon manat və yaxud 5,4 %, 2019-cu ilin icra göstəriciləri ilə müqayisədə 1 208,9 milyon manat və yaxud 5 % çoxdur.

Gələn ilin dövlət büdcəsinin xərcləri isə 28 543,0 milyon manat (ÜDM-də xüsusi çəkisi 37,7 %) proqnozlaşdırılır ki, bu da 2020-ci ilə nisbətən 1050,8 milyon manat və yaxud 3,8 %, 2019-cu ilin icra göstəriciləri ilə müqayisədə isə 4 117,1 milyon manat və yaxud 16,9 % çoxdur.

2021-ci ilin büdcə kəsiri 3 mlrd. 100 milyon manat olacaq.

"Dövlət Sosial Müdafiə Fondunun 2021-ci il büdcəsi haqqında” qanun layihəsinə əsasən, DSMF büdcəsinin gəlirləri 5 146 030 160,0 manat, xərcləri 5146030160 manat məbləğində müəyyən edilib.

Dövlət Sosial Müdafiə Fondunun 2021-ci il büdcəsindən əhaliyə ödənişlər üzrə xərclərə 5 004 790 000,0 manat, əmək pensiyalarının ödənilməsi xərclərinə 4 880 040 000 manat, hamiləliyə və doğuma görə 40 050 000,0 manat, uşağın anadan olmasına görə 11 800 000,0 manat, 3 yaşına çatanadək uşaqlara qulluqla əlaqədar 16 170 000,0 manat, dəfn üçün 24 060 000,0 manat vəsaitin ayrılması proqnozlaşdırılır.

İşsizlikdən Sığorta Fondunun gələn il üzrə büdcəsinin gəlirləri 157 769 146,0 manat, xərcləri 157 769 146,0 manat məbləğində müəyyən edilib.

Fondun gələnilki büdcəsindən işsizliyə görə sığorta ödənişlərinə 13 000 000,0 manat, peşə yönümünə dair məsləhət xidmətlərinin göstərilməsinə 2 000 000,0 manat, özünüməşğulluq tədbirlərinin təşkilinə 68 774 200,0 manat vəsaitin ayrılması proqnozlaşdırılır.

Gələn il üçün yaşayış minimumu ölkə üzrə 196,0 manat, o cümlədən əmək qabiliyyətli əhali üçün 207,0 manat, pensiyaçılar üçün 162,0 manat, uşaqlar üçün 175,0 manat məbləğində müəyyən edilib.

Bu da 2020-ci illə müqayisədə müvafiq olaraq orta hesabla 6,0 manat və ya 3,1 faiz çoxdur.

Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2021-ci il üçün ehtiyac meyarının həddi 170 manat məbləğində müəyyən edilib.

2020-ci il üçün ehtiyac meyarının həddi 160 manat məbləğində müəyyən edilmişdi.

Milli Məclisin payız sessiyasının növbəti plenar iclası dekabrın 29-da keçiriləcək və büdcə zərfi III oxunuşda səsvermıəyə çıxarılacaq.///meydan.tv


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook