Büdcədə 2,3 milyard manat qalıq yaranıb
May 13
14:18
2020
Cari ilin yanvar-aprel aylarında Azərbaycanda dövlət büdcəsinin gəlirləri 9 574,2 mln. manat, xərcləri 7 267,7 mln. manat təşkil edib.
Qeyd olunub ki, dövlət büdcəsinin gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 27,6%, xərcləri isə 0,7% artıb. Büdcənin icrasında 2 306,5 mln. manatlıq və ya ÜDM-in 10,3%-i qədər profisit yaranıb.