Büdcəni "əmən" daha bir məmurun övladının Avropada avtomobil kolleksiyası - FOTOLAR
Avqust 12
22:51
2020
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Rafiq Aslanovun oğlu Avropada dəyəri yüz minlərlə ölçülən avtomobil kolleksiyasına sahibdir.
Qlobal.az xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli feysbuk səhifəsində yazıb.
"Bu avtomobillər şefindən geri qalmayan, onunla birgə Azərbaycanın su təsərrüfatının belini qıran, melorasiyasını ağlar qoyan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Rafiq Aslanovun oğlunun kolleksiyasındandır. Avtomobillərinin bəzilərinin nömrələri soyadına uyğun Asl × nov (× sıralama rəqəmlərlə ifadə olunur, məs. 1,2,3,4,5 və s.) kimi qeydiyyata alınıb. Kolleksiyada Bentley, Range Rover, Mercedes S Class, C Class, E Class da daxil olmaqla xeyli sayda avtomobil var. Nömrələrindən asılı olmayaraq fotolardakı avtomobillər eyni kolleksiyasındandır".
Qeyd edək ki, yayılan xəbərə hələ ki, Meliorasiya və Su Təsərrüfatı ASC-dən münasibət bildirilməyib.
Xatırladaq ki, Rafiq Abbasov uzun illərdir melorasiya sahəsində yüksək vəzifələrdə çalışıb.
Belə ki, o, 1984 – 1993-cü illərdə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Nazirliyinin aparatında bir sıra idarə və şöbələrində müxtəlif vəzifələrdə, 1993- 2006-cı illərdə Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Komitəsinin İqtisadiyyat, maliyyə və əmək haqqı idarəsində rəis vəzifəsində çalışıb.
Rafiq Abbasov 2006-cı ildən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində sədr müavinidir.

Qlobal.az