“Bulanıq suda da balıq tutmaq bir az rahat olur” - Vergilər nazirinin müavini
May 22
15:01
2019
"Azərbaycanda "ƏDV-nin Depozit Hesabı”nın ləğv edilməsi gözlənilmir".
Bunu "Report”a eksklüziv açıqlamasında Vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.
"Düşünmürəm ki, "ƏDV-nin Depozit Hesabı”nın ləğv edilməsi ilə bağlı müzakirələr aparılsın. Hazırda bu məsələ gündəmdə deyil”, - S.Ələkbərov bildirib.
Nazir müavini deyib ki, həmin hesab vasitəsilə Əlavə Dəyər Vergisi (ƏDV) sahəsində yayınma minimuma endirilib: "Əlbəttə, bu unikal sistemdir. Bunun mahiyyəti ondan ibarətdir ki, vergi ödəyicisi əməliyyat aparanda onun 18%-i "ƏDV Depozit Hesabı”na köçürülür. Bu il dövlət büdcəsinə vergi daxilolmaların həcmi 7,4 mlrd manat səviyyəsində proqnozlaşdırılır. Bu daxilolmalarının, təxminən, 3-də birini ƏDV-nin hesabına təmin edirik. Amma bu sistemin aradan qaldırılması elə bir hərc-mərcliyə gətirib çıxara bilər. Ayrı-ayrı adamlar "ƏDV-nin Depozit Hesabı"nın ləğvini müzakirə edir, onlarında məqsədi aydındır. Yəni bu məsələlər əsasən vergidən yayınmaq istəyənlərlə əlaqəlidir. Onlar istəyir bu olmasın, suyu bulandırsınlar. Bulanıq suda da balıq tutmaq bir az rahat olur. Bir daha deyirəm ki, kiminsə "ƏDV-nin Depozit Hesabı”na ləğvinə getsin", - S.Ələkbərov vurğulayıb.
Onun sözlərinə görə, bir çox ölkələr var ki, bunu tətbiq etmək istəyirlər, amma edə bilmirlər.
"Amma o vaxt ciddi işlər nəticəsində biz bunu etdik. Buna artıq sahibkarlar da vərdiş edib. Hazır qurulan sistemdir və heç bir problem yoxdur. Əgər kimsə düz işləyirsə və gəlirlərini düzgün bəyan edirsə ona problem yoxdur. Amma kimsə gedib pulunu nağdlaşdırıb çıxarmaq istəyirsə, harasa qanunsuz olaraq pul köçürmək istəyirsə əlbəttə "ƏDV-nin Depozit Hesabı" ona mane olur. Bu sistemdə hər şey şəffafdır və hamı onu görür”, - nazir müavini qeyd edib.
Xatırladaq ki, ƏDV-nin vahid depozit hesabının tətbiqinə Azərbaycanda 2008-ci il yanvarın 1-dən etibarən başlanılıb.