SON XƏBƏR

Bünyad Qasımovla Məsim Məmmədovun "Laçın məcaraları" - VİDEO

Sentyabr 22
11:57 2023
Laçında aparılan yenidənqurma bərpa işlərindən haqlı narazılıqlar artmaqda davam edir.

Laçında inşaat sektorunda narazılıq yaradan kimlərdir?

"Bakı Abadlıq Xidməti” Məhdud Məsuliyyətli Cəmiyətinin müdiri Bünyad Qasımov, yoxsa prezidentin etimadın doğrultmayan Məsim Məmmədov?

Ali Baş Komandan Cənab Prezident İlham Əliyev Laçın şəhərinin yenidən qurulması və bərpa olunması üçün lazım olan vəsaiti ayırıb öz tapşırıqını verib.
Cənab Prezident bundan artıq nə etməlidir?!

Milyonlarla vəsait dövlət başçısı tərəfindən ayrılıb, adlarını qeyd etdiyimiz şəxslərə etimad edib ki, 30- il erməni işğalında olan Laçın şəhəri yenidən qurulsun, bərpa edilsin və rayon sakinləri öz ata-baba yurdlarında məskunlaşsın.

Nəyə görə bu qədər zəhməti Laçın şəhərində tikinti aparan şirkətlər yerə vurur?

Prezidentin qayıdış proqramına, qüsursuz Qarabağ siyasətinə dırnaq arası kölgə salan, onlara himayədarlıq edənlərin məqsədi nədir?

Rayon sakinləri həvəslə Laçına geri dönüb orada yaşamaq istəyir. Sanki kimlərsə bundan narazıdır. Hər addım başı insanları narazı salırlar. Tikilən evlərin keyfiyyətsiz və problemli olması şəhər sakinləri arasında haqlı narazılığa səbəb olur.

Cənab Prezidentin Laçın Rayon üzrə nümayəndəsi Məsim Məmmədovunda qeyd etdiyimiz problemlərdən xəbəri var.

Şikayətçi sakinlər "İnterPosta"yə qarşılaşdıqları problemlə bağlı Bünyad Qasımov və Məsim Məmmədova dəfələrlə müraciət etdiklərini, lakin heç bir nəticənin olmadığını bildirirlər.

"Hörmətli Bünyad Qasımov, Məsim Məmmədov Laçında baş verən özbaşınalıqlarla bağlı tədbir görün. Şəhər sakinlərinin mövcud problemlərinin həll olunması ilə bağlı lazım olan addımları atın. Ali Baş Komandan Cənab Prezident İlham Əliyevin sizə olan etimadını doğruldun. Laçın şəhərində aparılan quruculuq və abadlıq işlərinə nəzarət etmək lazımdır və nəzarəti gücləndirin. Şirkət rəhbərləri ilə biraz ciddi olun, ziyafət məclislərində masa bəyi olmaqdan işə keçmək lazımdır. Problemin həll olunması üçün nəzarət mexanizmi yaradın".

Laçınlılar Bünyad Qasımovla Məsim Məmmədovun onlara sərgilədiyi münasibətdən də narazıdırlar:

"İnsanları "Poçt dairəsi"ndəki ofisdə ayaqüstü qarşılayıb, yola-salmaq bilirsiniz nəyi xatırladır?

Laçınların dili ilə desək "atbeli" qonaq qarşılayıb, yola salmaq kimidir!
"Bakı Abadlıq Xidməti” Məhdud Məsuliyyətli Cəmiyətin müdiri Bünyad Qasımovun laçındakı quruculuq işləri əvəzinə yeyintilərə yol verilməsinə niyə göz yumursunuz?".

Laçın sakinləri mənzillərin dəfələrlə təmiredildiyini və bu yolla dövlət vəsaitinin talandığını deyirlər:

"Bir mənzili iki, üç dəfə təmir etmək dövlətin əmlakın talamaq deyil? Şəraitsiz, çətin relyefdə min-bir əziyyət çəkən fəhlələrin əl qabarını, zəhmət haqqını mənimsəmək, bu millətə xəyanət etmək deyil?".

Laçın rayon sakinlərin dilə gətirmək, bu probilemləri ictimayətə təqdim etmək isdəməsək də, çox saylı müraciətlər bizi buna məcbur etdi.

Laçın şəhər sakini Abbasov İsmayıl Musa oğlu evində aparılan işlərdən narazıdır.

Narazıçılıqını ifadə edən video çəkilişi sizlərə təqdim edirik:

Xatırladaq ki, Abbasov İsmayıl Musa oğlunun dilə gətirdiyi mövcud problemlərin bənzəri çoxdur. Əgər əsaslı yoxlama aparılsa bir çox şəxslər məsuliyyətə cəlb olunacaq.
 
 
Qarşı tərəf mövqe sərgiləyə bilər. 
 
Qlobal.az
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook