SON XƏBƏR

“Bursaspor”un prezidenti: “Prosineçki ilə bağlı görüşlər davam edir”

İyun 08
06:55 2017
"Bursaspor”un Robert Prosineçki sevgisi bitmək bilmir. Apasport.az saytının məlumatına görə, "yaşıl timsahlar”ın prezidenti Ali Ay yenə xorvat məşqçi haqqında açıqlamalar verib.

Türkiyə Super Liqasının rəsmi yayımcı kanalı olan "Bein Sport”a danışan klub rəsmisi millimizin baş məşqçisi ilə danışıq apardıqlarını təsdiqləyib.

"Prosineçki ilə bağlı görüşlər davam edir, ancaq imza atmamış bizim məşqçimiz deyil. Rəhbərlik olaraq xarici məşqçi tərəfdarıyıq. Keçən ili yaşanmamış hesab edirəm. Burdan bütün azarkeşlərimizdən üzr istəyirəm. Hər kəs papağını qabağına qoyub düşünməlidir. Ən az 7-8 birbaşa oynayacaq futbolçu alacağıq. Heç bir xərcdən çəkinməyəcəyik” – deyə Ay bildirib.

Qeyd edək ki, ötən mövsüm son turda aşağı dəstəyə düşməkdən qurtulan "Bursaspor” yenidən toparlanmaq üçün çarəni Robert Prosineçkini komandanın başına gətirməkdə görür.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook