SON XƏBƏR

“Bütün rusiyalılar üçün sərhədləri bağlayın” - Zelenskidən Qərbə çağırış

Avqust 09
15:44 2022
Qərb ölkələri bütün rusiyalıları qovmalı və onların öz ərazilərinə girişini o vaxta qədər qadağan etməlidir ki, Rusiya vətəndaşları «öz fəlsəfələrini dəyişməyiblər».
Bu barədə Ukrayna Prezidenti Zelenski «Vaştnqton Post» nəşrinə müsahibəsində bəyan edib.

«Rusiyanın Ukrayna ərazilərini ilhaq etməsini dayandırmaq üçün Qərb ölkələri elan etməlidirlər ki, cavabında onlar bütün Rusiya vətəndaşlarının ölkəyə girişini qadağan edirlər» - Zelenski bəyan edib.

Ukrayna liderinin fikrincə, rusiyalılar üçün sərhədlərin bağlanması ən vacib sanksiya olardı və imkan verərdi ki, döyüş əməliyyatlarının başlanğıc anındakı status-kvo bərpa olunsun.

«Rusiyalılar o vaxta qədər öz dünyalarında yaşamalıdırlar ki, öz fəlsəfələrini dəyişməyiblər» - Zelenski hesab edir.

O, həm də bu tədbiri Rusiyanın o vətəndaşlarına aid etməyə çağırıb ki, onlar hazırkı vaxtda başqa ölkələrdə yaşayır və işləyirlər.

«Rusiyalılar necə olurlasa olsunlar, qoy, Rusiyaya getsinlər» - Ukrayna Prezidenti bildirib.

Zelenskinin sözlərinə görə, Ukraynaya qarşı Rusiyanın başladığı qanlı müharibəyə görə Rusiyanın bütün əhalisi məsuliyyət daşıyır. «Bu əhali bu hökuməti seçib və onunla mübarizə aparmırlar, mübahisə etmirlər, ona qışqırmırlar» - o, qeyd edib.

AzPolitika.info



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook