SON XƏBƏR

Bütün Ukraynada hava hücumu xəbərdarlığı elan edilib

Avqust 26
10:37 2024
Ukraynanın hər yerində hava hücumu xəbərdarlığı elan edilib.

APA xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Sakinlər Kiyev, Xarkov, Krivoy Roq, Dnepr, Kremençuq və digər şəhərlərdə çoxsaylı partlayışların baş verdiyini bildirir.

Poltava vilayətinin qubernatoru artıq hücum nəticəsində sənaye obyektinin zədələndiyini qeyd edilib. Xmelnitski rayonunda da infrastruktur obyektinə ziyan dəyib.

Ukrayna hakimiyyəti ölkə ərazisi üzərində onlarla raket və pilotsuz uçan aparatının olduğunu bildirib.

Bunun Rusiya Silahlı Qüvvələrinin son vaxtlar Ukrayna ərazisinə etdiyi ən kütləvi hücumlardan biri olduğu diqqətə çatdırılıb.

Rusiya Müdafiə Nazirliyindən hələlik rəsmi şərh verməyib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook