Buzlar əriyir
Avqust 15
01:02
2022
ABŞ-ın Kaliforniya Texnologiya İnstitutunun tədqiqatçıları Antarktida buz şelfinin əriməsinin nə qədər vaxt apara biləcəyini araşdırırlar.
Teleqraf.com xəbər verir ki, elm adamları isti okean suyunun Antarktidanın buzlu sahillərini əritmə sürətini göstərən model hazırlayıblar.
Araşdırmada bəlli olub ki, buz şelfinin əriməsi nəticəsində əmələ gələn şirin su buzlaqların dibindəki isti okean axınına çata və bununla da ərimə prosesini sürətləndirə bilər.
Tədqiqatın müəllifi Endi Tompson bildirib ki, bu proses gerçəkləşsəydi, buz şelfinin ərimə sürəti təxminən 20-40 faiz yüksək ola bilərdi.
Mütəxəssislər dəyişən iqlimlə əlaqədar həm atmosferin, həm də okeanların isindiyinə diqqət çəkərək, buz şelfinin ərimə sürətinin arta biləcəyi barədə xəbərdarlıq ediblər.
Tədqiqatçıların fikrincə, qalınlığı yüzlərlə metrə çata bilən buz təbəqələri əsas buz kütləsi üçün qoruyucu rolunu oynayır və buz təbəqələrinin okeana axınının qarşısını alır.