SON XƏBƏR

Buzovna sakinlərindən qayalıqda qanunsuz tikililərə ETİRAZ: “Ləpədöyəndə ev olar?”

İyul 02
12:43 2023
"Xəzər rayonu, Buzovna qəsəbəsində qayalıqda qanunsuz tikilən və hələ də sökülməyən evlər, obyektlər var”.

Bunu Oxu.Az-a açıqlamasında ekofəal, qəsəbə sakini Seyfulla Azər bildirib.

Onun sözlərinə görə, son 20 ildə bəzi insanlar tərəfindən dəniz kənarlarının hasarlanması, sahilə keçidlərin bağlanması, qədim qayalıqların üzərində evlərin tikilməsi və zibillənməsi olub:
 


"Bu illər ərzində bəzi yerlərdə sakinlər qanunsuz olaraq əlavə torpaq sahələrini zəbt edərək öz həyətlərinə birləşdiriblər. Həm də dənizin geri çəkilməsi ilə əlaqədar sahilyanı ərazilər genişlənib. Daha sonra biz dinc ekoloji aksiyalara başladıq və qayalıq əraziləri təmizlədik.

Həmin qanunsuzluqların aradan qaldırılması üçün qəsəbə sakinləri olaraq, Prezident İlham Əliyevə müraciət etdik. Ölkə başçısı göstəriş verdi ki, Buzovna qayalıqları qanunsuz tikililərdən azad edilsin.
 


2022-ci il iyun ayında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov əraziyə baxıb və ərazidəki qanunsuz evlərin sökülməsi barədə qərar verildi. Bu proses bir ay çəkmədi. Həmin qərar tam icra olunmadı.

Biz orada 40 iməclik keçirmişik və tək zibil yox, qurumların qanunsuz tikililəri sökəndə atdıqları ağır tullantıları da təmizləmişik və hələ də prosesi davam etdiririk”. 
 


O qeyd edib ki, ərazidə doqquz qanunsuz zəbt olunan yer vardı:

"Bu səbəbdən həmin ərazidə olan altı yerə isə gediş-gəliş mümkün deyildi. Doqquz qanunsuz tikintidən cəmi üçü tam, ikisini yarımçıq söküldü.

Tikintidən dördü isə hazırda hələ də qayalıqların üstündə qalır. Ləpədöyəndə ev olar? Biz nə qədər çalışsaq da, səsimiz eşidilmir. Tələb edirik ki, qanunvericiliyə uyğun olaraq, Buzovnadakı sahil zolağı qanunsuz tikililərdən azad edilsin”.
 
Qlobal.az
 

 

 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook