BVF bizə pul siyasətini sərtləşdirməyi tövsiyə edir
İyun 04
09:06
2016
Oqtay Haqverdiyev: «Hökumətin Fondun tövsiyələrini həyata keçirəcəyi sual altındadır»
Bununla yanaşı, Azərbaycanda sabit makroiqtisadi mühitin qorunub saxlanılmasının əhəmiyyəti vurğulanır. Qeyd olunur ki, Azərbaycan genişhəcmli ehtiyatlara malik olsa da, ehtiyatların narahatlıq yaratmayan səviyyədə saxlanılması üçün əlavə tədbirlər görməlidir. BVF rəsmi orqanların səmərəsiz dövlət xərclərinin azaldılması və qeyri-neft sektorundan vergi daxilolmalarının artırılması hesabına 2017-ci ildə büdcənin konsolidasiyası yoluna qayıtmaq zərurəti ilə razılaşdığını da əlavə edib.
Beynəlxalq Valyuta Fondu (BVF) bəyanat yayaraq, Azərbaycan hökumətinə pul siyasətini sərtləşdirməyi tövsiyə edib. Fond ölkədə inflyasiyanın nəzarətdə saxlanılması və manata olan tələbatın artırılması məqsədilə sərt pul siyasətinin həyata keçirilməsini zəruri hesab edir.
Həmçinin, BVF pul və məzənnə siyasəti çərçivələrinin gücləndirilməsini məsləhət görür.
Bununla yanaşı, Azərbaycanda sabit makroiqtisadi mühitin qorunub saxlanılmasının əhəmiyyəti vurğulanır. Qeyd olunur ki, Azərbaycan genişhəcmli ehtiyatlara malik olsa da, ehtiyatların narahatlıq yaratmayan səviyyədə saxlanılması üçün əlavə tədbirlər görməlidir. BVF rəsmi orqanların səmərəsiz dövlət xərclərinin azaldılması və qeyri-neft sektorundan vergi daxilolmalarının artırılması hesabına 2017-ci ildə büdcənin konsolidasiyası yoluna qayıtmaq zərurəti ilə razılaşdığını da əlavə edib.
Iqtisadçı-ekspert Oqtay Haqverdiyev deyir ki, BVF-nin hökumətə olan tövsiyələrinin yerinə yetirilməsində çətinlik yaranıb. Dövlət xərclərinin azaldılması və büdcədə kəsirin olmamasına çalışmağın bütün dövlətlər üçün ciddi problem olduğunu deyən ekspert, bizdə bunun müəyyən yollarla qapandığını vurğulayır: "Bizdə büdcə kəsirini xərcləri süni şəkildə azaltmaqla aradan qaldırırlar. Məsələn, ilin axırı gəlib çatanda bir çox maddələri maliyyələşdirməyib büdcə kəsirinin olmadığı bildirilir. Kəsirin olması barədə proqnozlar verilsə də, bunu müxtəlif yollarla aradan qaldırırlar. Buna da effektiv siyasət hesabına deyil, təhsilə, elmə, idmana ayrılan vəsaitin maliyyələşdirilməməsi ilə nail olurlar. Yəni, bu yolla büdcə kəsirinin olmamasına nail olurlar”.
O.Haqverdiyev əlavə edir ki, əslində, dövlət xərclərinin azaldılması mümkündür. Idarəetmə strukturlarında bunu etmək üçün böyük potensial var. Yüz minlərlə məmur sayı, agentliklərin saxlanmasına dövlətin külli miqdarda xərci çıxır. Ekspert bu mənada, hökumətin BVF-nin tövsiyələrini həyata keçirməsinin sual altında olduğunu vurğulayır.(Azadlıq.info)
Qlobal.az