SON XƏBƏR

BVF bu ölkəyə 5,5 milyard dollar kredit verəcək

Dekabr 09
04:00 2019
Beynəlxalq Valyuta Fondu (BVF) Ukrayna ilə 5,5 milyard dollarlıq yeni kredit proqramı barədə razılığa gəlib.
 
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu BVF-nin rəhbəri Kristalina Georqiyeva deyib.
 
K.Georqiyeva bildirib ki, onla Ukrayna prezidenti Vladimir Zelenski arasında telefon danışığı olub.
 
O qeyd edib ki, BVF və Ukrayna hakimiyyəti 3 illik kredit razılaşmasının əsasını təşkil edəcək siyasət haqqında razılaşıblar: "Bu müqavilənin BVF rəhbərliyi və idarə heyəti tərəfindən təsdiqlənməsi lazımdır".



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook