SON XƏBƏR

BVF-dən Belarusla bağlı proqnoz

Avqust 18
10:49 2020
"Beynəlxalq Valyuta Fondunun proqnozlarına görə, Belarus iqtisadiyyatı bu il özünün son 25 ildə ən böyük tənəzzülünü yaşayacaq”.

Bunu iqtisadçı ailm Qubad İbadoğlu deyib. 

Onun sözlərinə görə, dəyişiklikdən asılı olmayaraq iqtisadiyyat böhrandadır.

"Lukaşenkosevərlər yazırlar ki, o getsə, Belarus batacaq, Liviyanın gününə düşəcək. Belələri fikirlərini onunla əsaslandırılar ki, Aleksandr həmişə xalqın qayğısın çəkib, biznesə şərait yaradıb, rüşvətxor olmayıb. 

Əvvala, rüşvətxor olmamaq, xüsusilə də prezidentlər üçün üstünlük deyil. Əslində rüşvətsiz yaşamaq, korrupsiya qurşanmamaq hər kəsin borcu, prezidentlərin də bir nömrəli vəzifəsidir. Digər tərəfdən də Lukaşenkonun korrupsioner olmadığını iddia etmək çox çətindir. Adətən, belələri barədə korrupsiya faktları hakimiyyətdən gedəndən sonra aşkara çıxır və təsdiqini tapır. 

İkincisi, Beynəlxalq Valyuta Fondunun proqnozlarına görə, Belarus iqtisadiyyatı bu il özünün son 25 ildə ən böyük tənəzzülünü yaşayacaq. Onsuz da pandemiya ilə əlaqədar Belarusda istehsal olunan ixracata əsas ticarət tərəfdaşları olan Avropa Birliyi və Rusiyanın tələbatı azalır, yəni dəyişiklikdən asılı olmayaraq onsuz da iqtisadiyyat böhrandadır. 

Üçüncüsü, Belarus post-sovet məkanında bazar iqtisadiyyatına aşağı keçid göstəricilərinə görə Türkmənistanla yanaşı dayanır. Bu o deməkdir ki, ölkə hələ də köhnə inzibati-amirlik iqtisadiyyatı yolu ilə gedir və mülkiyyətə nəzarət əsasən dövlətə məxsusdur. 

Dördüncüsü, Belarus Avropaya inteqrasiya və qərbləşmə indeksində bölgədə Azərbaycanla bərabər sonuncu yerləri bölüşür.

Nəhayət, bu ölkə mülki və siyasi azadlıqlara görə bizə nisbətən yaxşı mövqedə olsa da, uzun illərdir ki, azad ölmayan dövlətlər qrupundadır”.

Qubad İbadoğlu bildirib ki, Belarusun islahat və transformasiya potensialı yüksəkdir: "Heş şübhəsiz ki, ölkə keçid dövründə çətinliklərlə qarşılaşacaq, amma tezliklə Şərqi Avropa səviyyəsinədə inkişaf edə biləcək”.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook