Böyük Britaniya “Vaqner”i terror təşkilatı kimi tanıyacaq
Sentyabr 06
08:50
2023
Böyük Britaniya hökuməti Rusiyanın "Vaqner” özəl hərbi şirkətini terror təşkilatları siyahısına daxil edəcək.
"Report”un məlumatına görə, bu barədə krallığın daxili işlər naziri Suella Braverman məlumat verib.
Braverman həmçinin bildirib ki, "vaqnerçilər”in Ukrayna və Afrikadakı fəaliyyəti qlobal təhlükəsizliyə təhdid yaradır. Nazirin verəcəyi fərman tezliklə parlamentə təqdim edilməlidir.
Əgər qanun qüvvəyə minərsə "Vaqner” özəl hərbi şirkətinə hər cür dəstək və ictimaiyyət tərəfindən bəyənilmək cinayət sayılacaq. Bu cür cinayətlərə görə maksimum cəza 14 il həbsdir.