SON XƏBƏR

Böyük Britaniyadan İŞİD xəbərdarlığı

Fevral 24
13:20 2018
Böyük Britaniya 2 vətəndaşının Cənubi Afrika Respublikasında qaçırılmasından sonra bu ölkə barədə terror xəbərdarlığı edib.

Qaynarinfo Inside Business-ə istinadən xəbər verir ki, Böyük Britaniya Xarici İşlər Nazirliyinin rəsmi saytında bu barədə məlumat yer alıb və "Son hadisədən sonra Cənubi Afrikaya səyahət tövsiyyəmizə dəyişiklik etdik" qeyd olunub. 

Cənubi Afrika Korrupsiya ilə Mübarizə Xüsusi Komandasının sözçüsü Lloyd Ramova Keyp Taunda yaşayan ingilis cütlüyün qaçırılması ilə əlaqədar bir şübhəlinin həbs olunduğunu, lakin bu şəxslərdən hələ də xəbər olmadığını deyib. Onların İŞİD terror təşkilatı tərəfindən oğurlanması iddiası hələ öz təsdiqini tapmayıb. 

Cənubi Afrika Terror Araşdırma və Analiz Mərkəzi əməliyyat rəhbəri Jasmin Opperman Krallığın bu xəbərdarlığını "narahatedici" adlandırıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook