Böyük yazıçını diz çökdürən qadın
İyul 28
07:57
2016
Parisin qaynar gecə həyatı hər zaman insanların diqqətini cəlb edirdi. Qaranlıq düşən kimi küçələrə səpələnən gecə qadınlarının arasında cazibəsi ilə diqqəti özünə cəlb etməyi bacaran Julie Van Hard adlı, hamının isə Juliya kimi tanıdığı yəhudi əsilli bir qadın da vardı. Gənc yaşlarında Amsterdamda yaşayıb qadın şlyapaları tikməklə dolanan Juliya qısa müddətdən sonra Fransanın paytaxtı Parisə qədəm qoyur. Musiqi təhsili olsa belə, nəhəng şəhərin təlatümlü həyatına tab gətirə bilməyib onun yazılmamış qanunlarına boyun əyən Juliya dolanışığını təmin edə bilmək üçün həm də gecələr küçələrə çıxıb pul qazanmaq məcburiyyətində qalır. Lakin həmin dövrlərdə gecə həyatı olan qadınlar savadlı və gözəl idilərsə, mütləq cəmiyyətin müəyyən çevrələrində qəbul olunurdular.
Bir müddət sonra isə onun hüquqşünas Edurad Bernardla yaşadığı eşq macərası öz nəticəsini verir. Juliyanın 1944-cü il oktyabr ayının 23-də Henrietta Rozin (Sara Bernard) adlı bir qızı dünyaya gəlir. Bir müddət sonra uşağa baxa bilməyəcəyini başa düşən və öz rahat həyatını qismən itirən Juliya Saranı İngiltərəyə göndərib dayə ümidinə qoyur. Lakin bir gün dayə Saranı öz yaşlı və şikəst əri ilə evdə tək qoyub gedir. O, geri dönərkən gözlənilməz hadisə ilə rastlaşır. Qızcığaz öz yatağından uzaqlaşıb yanan buxarıya yaxınlaşarkən paltarını yandırır. Qonşuların köməyi ilə bədbəxt hadisədən xilas olan Sara bir müddət sonra yenidən anası ilə birlikdə Parisə geri dönür.
Qısa vaxtdan sonra Sara yenidən dayələrin ümidinə qalır. Tezliklə zəifləyib arıqlayan qızcığazın bu halı anasını qayğılandırır. Qolunu və ayağını ehtiyatsızlıqdan sındıran Saranı nəhayət ki, anası öz himayəsinə qəbul edir. Ona ana şəfqəti göstərir, heç bir təhsili, savadı olmayan qızını məktəbə yazdırır. Orta məktəb təhsili alan Sara məktəbin nəzdində yaranan teatr dərnəyinin tamaşalarında mütəmadi olaraq iştirak edir.
Məşhurluğa uzanan yollar…
1859-cu ildə III Napoleonun ögey qardaşı olan Duk de Morni ilə ata Aleksandr Düma Saranı Milli Musiqi Akademiyasına qəbul edirlər. Akademiyanı bitirən təhsilli aktrisa kimi o, "Komedi Fransez” teatrına qəbul edilir. Lakin Duk de Morni Saranı ilk dəfə görərkən təxminən bu sözləri deyir: "Onda hər şey həddən artıqdır. Həddən artıq incə beli, çox qalın saçları, oynaq və heyrətli gözləri var”
Sara Bernardın həm siması, həm də bədən quruluşu normadan kənar idi. Onun yanan gözləri, ensiz solğun sifəti, hədsiz incə bədəni, bir-birinə qarışmış qalın sarı saçları ətrafdakıları cəzb edir. Hətta o vaxtlar onun haqqında belə bir zarafat da gəzirdi: "Teatrın qarşısından boş kareta dayanır və ondan Sara Bernard çıxır”.
Qısa zaman ərzində o, bütün çətinliklərə qalib gəlir və tezliklə Fransanın ən etibarlı teatrlarından birinin aparıcı aktrisasına çevrilir. Sonralar Sara öz şəxsi teatrını yaradaraq, Parisə möhtəşəm bir teatr binası və məktəbi qazandırır. Səhnədəki rolları ilə yanaşı o, şəxsi həyatındakı qalmaqallı olaylar və eşq macəraları ilə daim diqqət mərkəzində olmağı bacarır.
1862-ci il sentyabrın 1-də Sara Bernard "Komedi Fransez” teatrında Jan Batist Rasinin "İfiqeniya” pyesində Klitemnestra rolu ilə ilk dəfə debüt edir. 1864-cü ildə özü uşaq istəməsə də, oğlu Moris doğulur. Onun atası prins Anri olur. Bütün istedadını, zəkasını oynadığı rollara qatan məşhur aktrisa teatr səhnəsində yüzdən artıq rolu canlandırmağı bacarır. Şekspirin "Hamlet” əsərində həm Ofeliya obrazını, həm də Hamleti yaratmağa qadir olan bu bənzərsiz aktrisa Aleksandr Dümanın (ata) "Kameliyalı qadın”, Oskar Uayldın "Salome”sində, Marsel Prustun "İtirilmiş zamanın axtarışında” əsərlərində də rol aldı. Şekspirin bütün pyeslərindəki baş qəhrəman obrazlarının bənzərsiz ifaçısı da məhz Sara Bernard olur.
Əsl şöhrəti 1870-ci ildə yaxalayan Sara Bernardın adı bütün Avropa ölkələrindən tutmuş Nyu Yorka qədər gedib çatır. Qısa zaman ərzində "dramatik aktrisa” adını qazanan Saraya "Müqəddəs Sara” ləqəbi verilir. O, aktrisalıq karyerasında özünü inkişaf etdirməklə yanaşı, həmçinin bir çox məşhur aktrisaların yetişdirilməsində də iştirak edir.
O, aktrisalıqla yanaşı incəsənətin başqa növləri ilə də məşğul olur. Bir müddət rəssamlıq və heykəltəraşlıq öyrənən Sara xeyli müddət o vaxtın ən məşhur rəssamlarından olan Antonio de La Qanraya modellik də edir. Bununla yanaşı, o dövrün ən məşhur rəssamlarının tablolarının bəzəyi də olmaqdan çəkinmir.
Çox saylı eşq macəraları və kağız üzərindəki uğursuz nikah…
Bir çox məşhur insanlarla, sənət adamları, rəssamlarla məhəbbət macəraları olan Sara Bernard 1882-ci ildə yunanıstanlı aktyor Jaques Damala ilə rəsmən nikahlanır. Bu evlilik aktyorun öldüyü ilə qədər (1989) kağız üzərində davam edir. Lakin onların arasındakı ər-arvad münasibətləri evliliklərinin elə ilk illərindəcə sona çatmışdı. Səbəb isə Jaquesin morfin aludəçisi olması idi. Bernard bu evliliyin son illərində belə İngiltərə kralı VII Edvardla da sevgi münasibətində olmuşdur.
Biz bu adamla dünyanı çox gözəl idarə edə bilərik…
Rusiyaya üç dəfə səfər edən Bernard ilk gəlişində III Aleksandra təqdim olunarkən dərin reverans etmək istərkən imperator tərəfindən dayandırılır. III Aleksandr Sara Bernarda deyir: "Yox, madam mən sizə səcdə etməliyəm”
28 yaşlı Sara Bernard "Rüi Blaze” tamaşasında İspaniya kraliçasını oynayırdı. O zamanlar onun hələ 28 yaşı vardı. Onun həmin gün ifasını izləməyə gələnlər arasında dünya şöhrətli yazıçı 70 yaşlı Viktor Hüqo da vardı. Tamaşadan sonra hər kəsin gözü qarşısında Sara Bernardın qarşısında diz çökən Hüqo ona bu sözləri deyir: "Madam! Siz öz əzəmətinizlə çox gözəl idiniz. Və bu əzəmətinizlə məni, köhnə döyüşçünü həyəcanlandırmağı bacardınız. Ağladım. Qarşınızda baş əyirəm, mənim sinəmdə olan bu göz yaşlarını isə sizə bağışlayıram”. Göz yaşları isə məcazi deyildi. O brilyant daşlarla bəzədilmiş boyunbağı idi.
66 yaşlı aktrisa qastrol zamanı Amerikada 35 yaşlı Lu Telleqenom tanış olur.. Onların sevgi əlaqəsi dörd ildən artıq davam edib. Lu öz qocalıq illərində etiraf edir ki, onun ömrünün ən gözəl çağları məhz o əsrarəngiz qadınla olmuşdur.
1892-ci ildə Amerikaya qastrolu zamanı Teodor Ruzveltlə nahar edən Sara Bernard həmin günün görüşünə yekun olaraq bu sözləri deyir: "Biz bu adamla dünyanı çox gözəl idarə edə bilərik”
O, hətta 70 yaşında belə 13 yaşlı Julietta rolunu oynamaqdan çəkinmir və bunu çox mükəmməl şəkildə bacarır. Təsadüfi deyil ki, şöhrətli yazıçı Somerset Moem özünün ən məşhur romanlarından biri olan "Teatr” romanında Sara Bernardın adını dəfələrlə qeyd edir.

Aktrisa ömrünün son illərində bir neçə səssiz filmdə də rol alır. 1915-ci ildə həkimlər onun vaxtı ilə zədələmiş olduğu sağ ayağını kəsmək məcburiyyətində qalırlar. Buna baxmayaraq səhnəyə protest ayaqla çıxan aktrisa tamaşaçıları öz rolları ilə dəfələrlə vəcdə gətirməyi bacarır.
O, hətta 70 yaşında belə 13 yaşlı Julietta rolunu oynamaqdan çəkinmir və bunu çox mükəmməl şəkildə bacarır. Təsadüfi deyil ki, şöhrətli yazıçı Somerset Moem özünün ən məşhur romanlarından biri olan "Teatr” romanında Sara Bernardın adını dəfələrlə qeyd edir.
78 yaşlı aktrisa 1923-cü il 26 mart tarixində böyrək çatışmazlığından əbədiyyən gözlərini yumur. Parisin Per-Laşes qəbiristanlığında dəfn olunan aktrisanı son mənzilə yola salmağa minlərlə pərəstişkarı axışıb gələrkən onun nəşini kameliya çiçəkləri ilə bəzəməyi də unutmurlar. Çünki aktrisanın həyatı boyunca ən çox sevdiyi çiçək məhz kameliya çiçəkləri olmuşdu.(Axar.az)
Qlobal.az