SON XƏBƏR

“Üç gün və bir ömür” bədii filminin çəkilişləri yekunlaşıb

İyun 13
13:26 2016
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə C.Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyasında ekranlaşdırılan "Üç gün və bir ömür” adlı tammetrajlı bədii filmin çəkilişləri yekunlaşıb.
 
Kinostudiyadan AZƏRTAC-a bildirilib ki, Yusif Şeyxovun ssenarisi əsasında çəkilən filmin rejissoru Babək Şirinsifətdir.
 
Psixoloji dram janrında çəkilən ekran əsərinin quruluşçu operatoru Rafiq Quliyev, quruluşçu rəssamı Rafiq Nəsirov, icraçı prodüseri Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur.
 
Filmdə rolları Hikmət Rəhimov, Rasim Cəfər, Kamran Ağabalayev, Nicat Əli, Mehriban Zəki, Zarina Qurbanova və digərləri canlandırıblar. Erməni işğalında olan Qarabağ haqqında həqiqətləri ekranlaşdırmağı qarşısına məqsəd qoyan yaradıcı heyət filmin çəkilişlərini Bakı və Gəncə şəhərlərində, Şəki, İsmayıllı, Lahıc və digər bölgələrdə aparıb.
 
Filmdə Kəlbəcər rayonundan olan bir şəxsin Qarabağ münaqişəsi ərəfəsində müəyyən səbəblərə görə həbsxanaya düşməsi, azadlığa çıxdıqdan sonra valideynlərinin düşmən tapdağı altında qalmış məzarını ziyarət etmək üçün müxtəlif yollar axtarmasından bəhs olunur.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook