Üç xarici kəşfiyyat orqanı İrandan nüvə alimini oğurlayıb apardı - Qayıqla La-Manşdan keçiriblər...
Fevral 11
10:03
2019
Böyük Britaniya, ABŞ və İsrailin kəşfiyyat orqanları Yeni il ərəfəsində İrandan 47 yaşlı nüvə alimini oğurlayıb çıxarmaq üçün birgə əməliyyat keçiriblər. Virtualaz.org xəbər verir ki, bu əməliyyat haqda Britaniyanın "Sunday Express” qəzeti yazır.
Məlumata görə oğurlanan İran alimi Qərb kəşfiyyatına işləyirmiş və onun qaçırılması əmliyyatı barədə qərar ötən ilin oktyabrında, alimin ifşa edilməsi təhlükəsi yarananda qəbul edilib.
Bu əməliyyat əsasında dekabr ayında "Mossad” agentləri alimi İrandan çıxara bilib. Bundan sonra onu Mİ-6 agentləri onu qaçqınlar qrupu arasında gizlədiblər və La-Manş boğazından qeyri-leqal qaçqınların olduğu qayıqla Böyük Britaniya ərazisinə keçiriblər. Onun daha sonra Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən ABŞ-a aparıldığı bildirilir.