Camala: “Ərdoğan dedi ki, Ukraynada çətinliklə qarşılaşsan...”
May 18
16:02
2016
61-cı "Eurovision” mahnı müsabiqəsinin qalibi Camala Türkiyənin "Habertürk” qəzetinə müsahibə verib.
İfaçı bildirib ki, tezliklə Türkiyəyə yola düşəcək. Çünki müsabiqədən sonra Camalaya zəng edən prezident Rəcəb Tayyib Ərdoğan onu Türkiyəyə dəvət edib:
"Prezident Ərdoğanın zəng etməsi məni çox həyəcanlandırdı və qürur hissi keçirdim. Səhər saatlarında zəng edən prezident ilk olaraq qalibiyyətim münasibəti ilə məni təbrik etdi və bildirdi ki, yarışmada yalnız ukraynalı tatarların deyil, Krım tatarlarının da acılarını gündəmə gətirmişəm. Ərdoğanla Ukraynada yaşayan ailəm haqqında da danışdıq. O söylədi ki, Ukraynada hər hansı bir çətinliklə qarşılaşsaq, Türkiyə olaraq kömək etməyə hazırdırlar”.
Camala prezidentin dəvəti ilə əlaqədar olaraq ilk fürsətdə Türkiyəyə gedəcəyini qeyd edib: "Birinci prezident Rəcəb Tayyib Ərdoğanı ziyarət edəcəyəm. Türkiyəli sənətçilərlə çalışmaq, Türkiyədə konsert vermək istəyirəm. Türkiyədəki tatarlara mahnı oxumaq istəyirəm. Onların hekayələrini dinləməkdən xoşbəxtlik duyuram”.

Qlobal.az