Can Dündara 27 il 6 ay həbs qərarı verildi
Dekabr 23
12:50
2020
Türkiyəli jurnalist Can Dündar haqqında siyasi və hərbi casusluq maddəsi ilə 18 il 9 ay, silahlı terror təşkilatına kömək maddəsi ilə isə 7 il 21 ay həbs qərarı verilib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Hürriyet” qəzeti məlumat yayıb.
Xatırladaq ki, 29 may 2015-ci il tarixində Can Dündarın baş redaktoru olduğu "Cümhuriyyət” qəzetində öz imzası ilə yayımlanan Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) tırlarında silah daşındığı iddia olunan xəbəri böyük əks-səda vermiş və jurnalist cəsusluq və dövlətin gizli sənədlərini əldə edib yayımlamaqda ittiham olunmuşdu.
O, məxfi saxlanılması lazım olan məlumatları və fotoları ictimailəşdirdiyinə görə 5 il 10 ay həbs cəzasına məhkum edilmişdi. Daha sonra hökm Ali Apellyasiya Məhkəməsi tərəfindən ləğv edilsə də, verilən 15 günlük müddətdə məhkəməyə gəlmədiyi üçün Can Dündar haqqında qaçaq sayılması qərarı verilmişdi.