Canəli Əkbərova həmkarlarından sərt cavab... - QALMAQAL böyüyür
Fevral 09
09:17
2017
Arif Babayev: "İnsanın gərək bir mənliyi olsun”
Mənsum İbrahimov: "Bu, onun yaşına-başına yaraşmayan hərəkətdir”
Səkinə İsmayılova: "Onun müsabiqədə olmaması bizlik deyil”
Xalq artisti Canəli Əkbərovun öz həmkarları haqqında dediyi nalayiq fikirlər iki gündür ki, ölkə mətbuatının gündəmindən düşmür. Yaranmış qalmaqala səbəb isə xanəndənin Muğam televiziya müsabiqəsinin münsif heyətinə qatılmaq istəsə də, digər münsiflərin buna etiraz bildirməsi olub.
Həmkarlarının onu münsif kürsüsündə görmək istəməməsi xanəndəni özündən çıxarıb və həmkarlarının ünvanına çox ağır ifadələr işlədib. O, muğam ustadı Arif Babayevi "bədbəxt” adlandırıb, xalq artisti Mənsum İbrahimovu qeyri-etik sözlərlə təhqir edərək fərarilikdə suçlayıb, xalq artistləri Səkinə İsmayılova və Əlibaba Məmmədov haqqında ittihamlar səsləndirib.
Musavat.com qalmaqalda adı hallanan sənətkarların mövqeyini öyrənib.
Muğam ustadı Arif Babayev barəsində səslənən ittihamlara bu cür rəy bildirdi: "Bəyəm vacibdir ki, o, hər yerdə olsun? Mən də o qədər yer var ki, orda yoxam, onda mən mətbuata çıxıb söyüş söyməli, təhqir etməliyəm? İlk növbədə mənim mənliyim var. Əgər bir yerdə yoxamsa, deməli, məsləhət deyil. Bu cür ifadələri yalnız xəstə adamlar deyə bilər. Biz onun düşməni deyilik ki? O, bizim sənət yoldaşımızdır. Amma çıxıb deyir ki, "mən belə sənətkaram, kimsə mənim kimi oxusa əlimi, başımı kəsərəm” və s. Yaxşı da oxu. Axı biz uzun müddət yoldaş olmuşuq, bir yerdə oturub çörək kəsmişik. İnsanın gərək bir mənliyi olsun”.
Xalq artisti Mənsum İbrahimov isə adının bu cür qalmaqalda hallanmasına təəssüfləndiyini deyib: "Mən sənətlə məşğulam, ömrüm muğama xidmətdə keçib və heç vaxt bir dəfə də olsun kiminsə haqqında nə qeyri-etik ifadə işlətmişəm, nə də kiminsə həyatına müdaxilə etmişəm. Bizi xalqımız yaxşı tanıyır, yəni hər kəsin mədəniyyətini, davranışını, vətəndaşlıq mövqeyini yaxından bilir. Mənim 7 qardaşımın 6-sı müharibə veteranıdır. Mən də demək olar ki, hər ay Qarabağa gedirəm. Aprel hadisələrinin səhəri günü Arif Babayevlə birgə getmişdik, Qarabağa. Bilirsiz ki, mən Qarabağla bağlı adamam, bütün nəslim ordadır. Danışır da... Düşünürəm ki, Canəli Əkbərov yaşlı adamdır, əsəbləri yerində deyil. Ona görə də onun heç bir nalayiq fikirlərinə cavab vermək fikrim yoxdur. Hər kəsin danışığı onun mənəviyyatının göstəricisidir. Mən elə tərbiyə görməmişəm ki, kimisə təhqir edim, o da ola özümdən böyük insanlardır. Mən həmişə Canəli müəllimə hörmətlə yanaşmışam, həm özünə, həm də sənətinə. Amma o, nağıl danışır. Özü də təkcə mənim haqqımda deyil, Azərbaycanın böyük, muğam ağsaqqalları Əlibaba müəllim, Arif Babayev haqqında nalayiq danışıb. Onlar bir məktəbdir. Sənət yoldaşları haqqında bu cür danışmaq olmaz. Biz sadəcə münsiflər heyətinin ümumi bir rəyini bildirmişik. Nə onun haqqında bir artıq-əskik danışmışıq, nə də təhqir etmişik. Üstəlik münsiflər heyətini seçmirik, bu, Heydər Əliyev Fondunun layihəsidir. Bundan əvvəl 5 layihə keçirilib və onların heç birində Canəli Əkbərov olmayıb. Bu, nə bizim günahımızdır, nə işimizdir. Fikrimizi bildirmişik ki, bu insan qeyri-obyektiv insandır. Onun cavabında da o nalayiq sözlər işlədib. Bu, onun yaşına-başına yaraşmayan hərəkətdir”.
Mənsum İbrahimov fərarilik ittihamlarına da cavab verib: "Doğrudur, mən əlimə silah alıb vuruşmamışam, çünki sənət adamıyam. Sovet dövründə də sənət adamları döyüşməyə getmirdi, onlar cəbhə bölgələrinə gedib konsertlər verirdilər. Bunu əlində bayraq edib şou yaratmaq ayıbdır”.
Xalq artisti Səkinə İsmayılova isə qeyd etdi ki, həmkarının müsabiqədə yer almaması onlardan asılı məsələ deyil: "Artıq 6-cı Muğam Televiziya müsabiqəsi başlayıb, rayonlarda da seçimlər oldu, inşallah ki, işə başlayacağıq. Onun müsabiqədə olmaması bizlik deyil. Qaldı ki, onun dediklərinə, deyir də. Canəli Əkbərov böyük sənətkardır, hamımız onu yaxşı tanıyırıq. Onun sənətini də bilirik, şəxsən mənim haqqım çatmır ki, onun sənəti haqqında söz deyim. Onun dedikləri özünü ifadə edir, başqa nə deyə bilərik? Müsabiqədə iştirakı üçün bizim rəyimiz əsas deyil, bu məsələni biz həll etmirik”.
"Münsiflər heyətini kim seçir” sualımıza isə xalq artisti bu cür cavab verdi: "Bunu deyə bilmərəm. Seçim neçə il bundan əvvəl olub. Bu yaxınlarda rəhmətə gedən Ağaxan Abdullayevdən başqa bütün heyət öz yerindədir”.
Xatırladaq ki, Muğam Televiziya müsabiqəsi 2005-ci ildən keçirilir. 2007-ci, 2009-cu, 2011-ci, 2013-cü və 2015-ci illərdə də muğam müsabiqələri keçirilib və qaliblər Heydər Əliyev Fondu tərəfindən mükafatlandırılıb. Müsabiqənin münsiflər heyətində xalq artistləri Arif Babayev, Əlibaba Məmmədov, Mənsum İbrahimov, Səkinə İsmayılova yer alır.
Mənsum İbrahimov: "Bu, onun yaşına-başına yaraşmayan hərəkətdir”
Səkinə İsmayılova: "Onun müsabiqədə olmaması bizlik deyil”
Xalq artisti Canəli Əkbərovun öz həmkarları haqqında dediyi nalayiq fikirlər iki gündür ki, ölkə mətbuatının gündəmindən düşmür. Yaranmış qalmaqala səbəb isə xanəndənin Muğam televiziya müsabiqəsinin münsif heyətinə qatılmaq istəsə də, digər münsiflərin buna etiraz bildirməsi olub.
Həmkarlarının onu münsif kürsüsündə görmək istəməməsi xanəndəni özündən çıxarıb və həmkarlarının ünvanına çox ağır ifadələr işlədib. O, muğam ustadı Arif Babayevi "bədbəxt” adlandırıb, xalq artisti Mənsum İbrahimovu qeyri-etik sözlərlə təhqir edərək fərarilikdə suçlayıb, xalq artistləri Səkinə İsmayılova və Əlibaba Məmmədov haqqında ittihamlar səsləndirib.
Musavat.com qalmaqalda adı hallanan sənətkarların mövqeyini öyrənib.
Muğam ustadı Arif Babayev barəsində səslənən ittihamlara bu cür rəy bildirdi: "Bəyəm vacibdir ki, o, hər yerdə olsun? Mən də o qədər yer var ki, orda yoxam, onda mən mətbuata çıxıb söyüş söyməli, təhqir etməliyəm? İlk növbədə mənim mənliyim var. Əgər bir yerdə yoxamsa, deməli, məsləhət deyil. Bu cür ifadələri yalnız xəstə adamlar deyə bilər. Biz onun düşməni deyilik ki? O, bizim sənət yoldaşımızdır. Amma çıxıb deyir ki, "mən belə sənətkaram, kimsə mənim kimi oxusa əlimi, başımı kəsərəm” və s. Yaxşı da oxu. Axı biz uzun müddət yoldaş olmuşuq, bir yerdə oturub çörək kəsmişik. İnsanın gərək bir mənliyi olsun”.
Xalq artisti Mənsum İbrahimov isə adının bu cür qalmaqalda hallanmasına təəssüfləndiyini deyib: "Mən sənətlə məşğulam, ömrüm muğama xidmətdə keçib və heç vaxt bir dəfə də olsun kiminsə haqqında nə qeyri-etik ifadə işlətmişəm, nə də kiminsə həyatına müdaxilə etmişəm. Bizi xalqımız yaxşı tanıyır, yəni hər kəsin mədəniyyətini, davranışını, vətəndaşlıq mövqeyini yaxından bilir. Mənim 7 qardaşımın 6-sı müharibə veteranıdır. Mən də demək olar ki, hər ay Qarabağa gedirəm. Aprel hadisələrinin səhəri günü Arif Babayevlə birgə getmişdik, Qarabağa. Bilirsiz ki, mən Qarabağla bağlı adamam, bütün nəslim ordadır. Danışır da... Düşünürəm ki, Canəli Əkbərov yaşlı adamdır, əsəbləri yerində deyil. Ona görə də onun heç bir nalayiq fikirlərinə cavab vermək fikrim yoxdur. Hər kəsin danışığı onun mənəviyyatının göstəricisidir. Mən elə tərbiyə görməmişəm ki, kimisə təhqir edim, o da ola özümdən böyük insanlardır. Mən həmişə Canəli müəllimə hörmətlə yanaşmışam, həm özünə, həm də sənətinə. Amma o, nağıl danışır. Özü də təkcə mənim haqqımda deyil, Azərbaycanın böyük, muğam ağsaqqalları Əlibaba müəllim, Arif Babayev haqqında nalayiq danışıb. Onlar bir məktəbdir. Sənət yoldaşları haqqında bu cür danışmaq olmaz. Biz sadəcə münsiflər heyətinin ümumi bir rəyini bildirmişik. Nə onun haqqında bir artıq-əskik danışmışıq, nə də təhqir etmişik. Üstəlik münsiflər heyətini seçmirik, bu, Heydər Əliyev Fondunun layihəsidir. Bundan əvvəl 5 layihə keçirilib və onların heç birində Canəli Əkbərov olmayıb. Bu, nə bizim günahımızdır, nə işimizdir. Fikrimizi bildirmişik ki, bu insan qeyri-obyektiv insandır. Onun cavabında da o nalayiq sözlər işlədib. Bu, onun yaşına-başına yaraşmayan hərəkətdir”.
Mənsum İbrahimov fərarilik ittihamlarına da cavab verib: "Doğrudur, mən əlimə silah alıb vuruşmamışam, çünki sənət adamıyam. Sovet dövründə də sənət adamları döyüşməyə getmirdi, onlar cəbhə bölgələrinə gedib konsertlər verirdilər. Bunu əlində bayraq edib şou yaratmaq ayıbdır”.
Xalq artisti qalmaqalın ajiotaja çevrilməsində mətbuat nümayəndələrini də qınayıb: "Bu, şou-aləmi deyil axı. Bir qədər də mətbuat bu məsələni ajiotaja çevirdi. Lap tutaq ki, o adam yaşlı adamdır, əsəbləri yerində deyil, onun danışıqlarından ajiotaj yaratmaq lazım deyildi. Yazıda qeyi-etik sözləri yazmaq da doğru deyildi”.