SON XƏBƏR

`Carçığlu Qrup` MMC vergidən yayınır - ŞOK İTTİHAM

Avqust 25
10:03 2023
Artıq iri iş adamlarının bəzzi vergi məmruları ilə əlbir olaraq dövlət büdcəsinə XƏYANƏT ETMƏLƏRİ ənənə halını alıb, desək, yanılmarıq. Hər halda həm hüquq mühafizə orqanlarının, həm də yerli KİV-in ifşa etdiyi faktların sayının artması belə deməyə əsas yaradır. Elə DİA.AZ olaraq bizlər də bu dəfə sözügedən qəbildən növbəti İFŞA FAKTINI təqdim edəcəyik.

Bəri başdan qeyd edək ki, əlimizdə olan faktlarda dövlət büdcəsindən külli miqdarda vəsaitin gizlədilməsinin sübutu var və bu səbəbdən daha geniş materialı diqqətinizə çatdıracağıq. Hələliksə, ilkin informasiyaları təqdim edirik.

Söhbət "Carçığlu Qrup" MMC-nin rəhbəri, iş adamı Elçin Carçıyevin dövlətdən gizlətdiyi ciddi həcmli vəsaitlərdən gedir. Qeyd edək ki, bir ara "yuxarıda" ayrı-ayrı məmurların himayəsi altında görünürmüş kimi olan Elçin Carçıyevin adı eyni zamanda müxtəlif maliyyə qalmaqallarında da hallanır.

Biz isə onun büdcədən oğurladıqlarından yazacağıq. Bu barədə DİA.AZ-a daxil olan informasiyalardan aydın olur ki, ilk əvvəl "İdxal" MMC adı altında spirtli içkilərin satışı ilə məşğul olan "Carçığlu Qrup" MMC-də aşkar şəkildə "ikili buxalteriya" hesabatı tutulur ki, bu da nəticədə dövlət büdcəsindən böyük həcmdə vəsaitin vergi şəklində yayındırılmasına gətirib çıxarır.

Bizim əlimizdə olan sənədlərdə söhbət 2-5 milyonluq büdcə oğurluğundan gedir. Amma daha böyük vəsaitin büdcədən gizlədilməsi faktı mövcuddur. Bununla bağlı araşdırmalarımız davam etdiyindən və eyni zamanda əlimizdəki faktları hüquqi baxımdan da araşdırmağa çalışdığımızdan daha geniş bilgiləri yaxın günlərdə - həm də konkret şikayətçi düşən "Carçığlu Qrup" MMC-nin sabiq əməkdaşlarından birinin dili ilə təqdim edəcəyik.
 
Qarşı tərəf mövqe bildirə bilər.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook