Cavanşir Həsənlinin "anşlaq"sız araşdırması
Fevral 22
13:57
2019
2015-ci ilin dekabr ayında və 2016-cı ilin fevral ayında baş verən devalvasiyalar Azərbaycanda şok effekti yaratdı. Düzdür, hökumətin inzibati müdaxilələri ilə bu devalvasiyaların mənfi təsirlərinin qarşısı müəyyən mənada alındı. Amma xeyli sayda insanlar devalvasiyaların qurbanı oldu. Yüzlərlə yerli şirkət müflis olduqlarını elan etdi. Minlərlə insan iş yerini itirdi. Hazırda da ölkədə devalvasiyaya görə banklara borclu olan on minlərlə vətəndaş var.
Əlbəttə ki, Azərbaycanda baş verən devalvasiyaların bir səbəbi baş verən qlobal iqtisadi böhran idisə, digər səbəbi illərlə ölkədən milyardlarla vəsaitin çıxarılması idi. Bu haqda araşdırmaçı jurnalistlərin, iqtisadi ekspertlərin də çoxsaylı yazıları, mülahizələri var. "Beynəlxalq Bank" ətrafında baş verən qalmaqal və indi də davam edən məhkəmə proseslərini buna misal göstərmək olar. Digər bir misal isə Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət yolu ilə əldə edilmiş 5,5 milyard manat pulu leqallaşdırmaqda təqsirləndirilən Malik Əliyev və Rüfət Vəliyevin məhkəməsidir.
Qeyd edim ki, "Röyalbank" və "AGbank”ın adı keçən bu məhkəmə prosesində "baş qəhrəman" bir taksi sürücüsüdür...
Azərbaycandan oğurlanan pullarla bağlı son zamanlar yerli mediaların "yorğunluq" nümayiş etdirdiyi bir vaxtda feysbukda jurnalist Cavanşir Həsənli araşdırma yazıları ilə diqqəti cəlb etməkdədir. Jurnalistin silsilə araşdırma yazıları tək şəbəkə istifadəçiləri tərəfindən yox, bir sıra saytlar tərəfindən də tirajlanmaqdadır. Jurnalistin araşdırma yazılarında Azərbaycanda nazir, komitə sədri, səfirlər, icra başçıları və başqa rəsmi vəzifələrdə çalışan şəxslərin və yaxud onların ailə üzvlərinin adları keçən şirkətlərdən bəhs edilir. Bu şirkətlərin hamısı ölkə xaricində fəaliyyət göstərir.
Cavanşir Həsənlinin böyük oxucu auditoriyasi toplayan jurnalist araşdırmaları yəqin ki, həm də dövlətin müəyyən qurumlarının köməyinə çata bilər...
Araşdırmaları ilə dünənə qədər "anşlaq" qazanan Cavanşir Həsənlinin son yazısından sonra dərin "sükut" əmələ gəlib. Belə ki, jurnalist son araşdırmasında yazır ki, Sədərək Ticarət Mərkəzinin sahibi Yusif Qədimbəyli bir il ərzində ölkədən 1.5 milyon dollardan çox vəsait çıxarıb. C. Həsənli araşdırmasında daha sonra iş adamının Çexiyadakı şirkətini – GADYUS s.r.o.-nu 2007-ci ilin 15 noyabrında təsis etdiyini vurğulayır.
Təsəvvür edirsiniz, uzun illərdən bəri ölkənin iki ən böyük ticarət mərkəzindən birinə - "Sədərək"-ə rəhbərlik edən şəxsin 12 ildir ki, ölkə xaricində təsis etdiyi şirkətin fəaliyyətini genişləndirməsi üçün 1.5 milyon dollar pul çıxartdığı deyilir.
Bu həm də o ölkədə baş verir ki, burada taksi sürücüsünün ölkədən çıxartdığı 5.5 milyardlıq məhkəmə işi hələ də davam etməkdədir.
Doğrusu mən həmişə düşünmüşəm ki, Azərbaycanda biznesmen yox, "alverçi" var. Ola bilər bu biznesmenlərin yaraşıqlı ofisləri, bahalı kresloları, gözəl katibələri, modern maşınları olsun, amma sonucda onlar hansısa hərəkətləri, əməlləri ilə potensial alverçi olduqlarını ortaya çıxarırlar. İnsaf naminə haqqı olanların haqqını tapdamamaq üçün qeyd edim ki, az sayda da olsa, istisnalar var.
Demək ki, dövlət büdcəsindən milyonlarla pulu oğurlayıb xaricə daşıyan məmurlarla müqayisədə, qazanclarını ölkə xaricinə çıxartmayan, vətənini, dövlətini sevən, onun iqtisadi gücünün artmasına çalışan iş adamları daha çox imiş.
Eşq olsun Yusif müəllim!
Əsl jurnalist araşdırması belə olar: həm pisləri, həm də yaxşıları tanıdar!
Sizə də eşq olsun Cavanşir Həsənli!

Cavanşir Həsənlinin bu yazısından sonra, doğrusu, "Sədərək" Ticarət Mərkəzinin sahibi Yusif Qədimbəylinin timsalında azərbaycanlı iş adamlarına olan münasibətim kökündən dəyişdi.
Demək ki, dövlət büdcəsindən milyonlarla pulu oğurlayıb xaricə daşıyan məmurlarla müqayisədə, qazanclarını ölkə xaricinə çıxartmayan, vətənini, dövlətini sevən, onun iqtisadi gücünün artmasına çalışan iş adamları daha çox imiş.
Eşq olsun Yusif müəllim!
Əsl jurnalist araşdırması belə olar: həm pisləri, həm də yaxşıları tanıdar!
Sizə də eşq olsun Cavanşir Həsənli!
Mübariz Məmmədov
Qlobal.Az