Cavanşir Quliyev “Müşfiq ağrıları” orotoriyasını Bakıda təqdim edə bilmir
İyun 16
16:12
2020
"Nəhayət, bitirdim! İllərlə içimdə bəsləyib yetişdirdiyim, hər şeyə rəğmən inadla yazmaq istədiyim "Müşfiq ağrıları” orotoriyasını bitirdim!”
Bunu Lent.az az-a açıqlamasında Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyev bildirib.
Bəstəkar qeyd edib ki, liberotto Azərbaycanın nakam şairi Mikayıl Müşfiqin acı taleyindən bəhs edir: "Müşfiqin faciəsi cəmiyyətə dərs olmadı. İndi də insanlar ədalətsizyə, qanunsuzluğa susurlar, kənardan baxırlar. Əsər bütün haqları pozulanlara əsr olunub, o cümlədən də, özümə”.
Onu da deyək ki, əsərin Bakıda nəzərdə tutulan təqdimatı pandemiya səbəbindən təxirə salınıb.