Cavid Hüseynovun həbs müddəti uzadıldı
Noyabr 06
12:31
2015
"Qəbələ” futbol klubunun sabiq kapitanı Cavid Hüseynovun həbs müddəti uzadılıb.
Bu barədə "Report”a onun vəkili Adəm Məmmədov məlumat verib.
O bildirib ki, Bakı şəhər Prokurorluğu Səbail Rayon Məhkəməsinə futbolçu barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddətinin iki ay artırılması barədə təqdimatla müraciət edib. S
əbail Rayon Məhkəməsinin qərarına əsasən, Cavid Hüseynovun həbs qətimkan tədbirinin müddəti 1 ay müddətinə uzadılıb.
Qeyd edək ki, futbolçu avqustun 8-də Bakı şəhər sakini, ann.tv-nin əməkdaşı Əliyev Rasim Məmmədəli oğlunun ölümü ilə bağlı cinayət işində təqsirli bilinərək barəsində 3 ay müddətinədək həbs-qətimkan tədbiri seçilmişdi.